Tövbə surəsi 9:74 التوبة
Bu, Tövbə surəsinin 129 ayəsindən 74 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1309 nömrəlidir, cüz 10. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 199.
يَحۡلِفُونَ بِٱللَّهِ مَا قَالُواْ وَلَقَدۡ قَالُواْ كَلِمَةَ ٱلۡكُفۡرِ وَكَفَرُواْ بَعۡدَ إِسۡلَٰمِهِمۡ وَهَمُّواْ بِمَا لَمۡ يَنَالُواْۚ وَمَا نَقَمُوٓاْ إِلَّآ أَنۡ أَغۡنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضۡلِهِۦۚ فَإِن يَتُوبُواْ يَكُ خَيۡرٗا لَّهُمۡۖ وَإِن يَتَوَلَّوۡاْ يُعَذِّبۡهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَمَا لَهُمۡ فِي ٱلۡأَرۡضِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ
(Münafiqlər, Peyğəmbər barədə) nalayiq sözlər söyləmədiklərinə dair Allaha and içirlər. Onlar küfr sözünü söyləmiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə (Təbuk qəzavatında Əqabə gecəsi Peyğəmbəri öldürməyə) can atmışdılar. Onların intiqam almağı yalnız Allahın və Rəsulunun onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır.
9:74 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 9:74
Al-Mukhtasar
Münafiqlər sənin barədə pis sözlər söyləmədiklərinə və dinə tənə etmədiklərinə dair yalandan Allaha and içirlər. Onlar həqiqətən də, sənə onlardan çatan küfr sözləri demiş, imanı gəldikdən sonra kafir olmuş və bacara bilməsələrdə haqsız yerə Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öldürmək üçün can atmışlar. Onların Peyğəmbərdən intiqam almağı yalnız Allah Öz lütfündən Peyğəmbərinə qənimətlər bəxş edərək onu varlandırdığına görədir. Əgər onlar münafiqlikdən Allaha tövbə etsələr, bu onlar üçün daha xeyirli olar. Əgər tövbə etməkdən üz döndərsələr, Allah onları dünyada qətl və ya əsir düşməklə, axirətdə isə Cəhənnəm atəşi ilə ağrılı-acılı əzaba düçar edər. Yer üzündə onları əzabdan xilas edən nə bir dostu, nə də əzabdan qoruyan bir köməkçisi vardır.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 10
- Söz sayı
- 46
- Mədinə müshəfi (604 səhifə)
- 199
- İndoPak müshəfi (610 səhifə)
- 199
- Nəsx müshəfi (612 səhifə)
- 200
Ayə 9:74 hansı surədədir?
Tövbə surəsi (التوبة). Surə 9 / 114 · 129 ayə.
Ayə 9:74 hansı cüzdədir?
Cüz: 10.
Ayə 9:74 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 199 · İndoPak müshəfi (610 səhifə): 199 · Nəsx müshəfi (612 səhifə): 200.
Ayə 9:74 neçə sözdən ibarətdir?
Söz sayı: 46.
Ayə 9:74 neçə ərəb hərfindən ibarətdir?
Ayə 9:74: 189 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 9:74 Quranda harada yerləşir?
Ayə 9:74 Quranın 6,236 ayəsindən 1,309 nömrəlisidir.
Tövbə surəsi neçə ayədir?
Tövbə surəsi 129 ayədən ibarətdir. Quranda 114 surədən 9 nömrəlisidir.
Tövbə surəsi Məkki, yoxsa Mədəni surədir?
Tövbə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 9:74 dinlənilə bilərmi?
Bəli. Ayə 9:74 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Tövbə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 129 ayə və 2,498 söz, həmin mətndən yaradılır.