Kəhf surəsinin ilk on ayəsi أول عشر آيات من سورة الكهف
Kəhf surəsinin ilk on ayəsi: Kəhf surəsi, 18:1-10. Cüz 15 · Mədinə müshəfi (604 səhifə): 293-294 · Söz sayı: 105.
Oxu tənzimləmələri
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَنزَلَ عَلَىٰ عَبۡدِهِ ٱلۡكِتَٰبَ وَلَمۡ يَجۡعَل لَّهُۥ عِوَجَاۜ
Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!
قَيِّمٗا لِّيُنذِرَ بَأۡسٗا شَدِيدٗا مِّن لَّدُنۡهُ وَيُبَشِّرَ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرًا حَسَنٗا
(Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, saleh əməllər edən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dosdoğru olaraq nazil etdi.
مَّٰكِثِينَ فِيهِ أَبَدٗا
Onlar (Möminlər) orada əbədi qalacaqlar.
وَيُنذِرَ ٱلَّذِينَ قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗا
(Kitabı həm də:) “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün (nazil etdi).
مَّا لَهُم بِهِۦ مِنۡ عِلۡمٖ وَلَا لِأٓبَآئِهِمۡۚ كَبُرَتۡ كَلِمَةٗ تَخۡرُجُ مِنۡ أَفۡوَٰهِهِمۡۚ إِن يَقُولُونَ إِلَّا كَذِبٗا
Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.
فَلَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ إِن لَّمۡ يُؤۡمِنُواْ بِهَٰذَا ٱلۡحَدِيثِ أَسَفًا
Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?
إِنَّا جَعَلۡنَا مَا عَلَى ٱلۡأَرۡضِ زِينَةٗ لَّهَا لِنَبۡلُوَهُمۡ أَيُّهُمۡ أَحۡسَنُ عَمَلٗا
Biz, insanların hansının daha gözəl əməl sahibi olduğunu sınayaq deyə, yer üzündə olan şeyləri yer üzü üçün bir zinət etdik.
وَإِنَّا لَجَٰعِلُونَ مَا عَلَيۡهَا صَعِيدٗا جُرُزًا
Biz yer üzündə olan hər şeyi (lazım gəldikdə), məhv edib qupquru bir torpağa döndərərik.
أَمۡ حَسِبۡتَ أَنَّ أَصۡحَٰبَ ٱلۡكَهۡفِ وَٱلرَّقِيمِ كَانُواْ مِنۡ ءَايَٰتِنَا عَجَبًا
Yoxsa sən mağara və Rəqim əhlinin ayələrimizdən ən təəccüblüsü olduğunumu güman edirsən?
إِذۡ أَوَى ٱلۡفِتۡيَةُ إِلَى ٱلۡكَهۡفِ فَقَالُواْ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحۡمَةٗ وَهَيِّئۡ لَنَا مِنۡ أَمۡرِنَا رَشَدٗا
Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər.
Ayə 18:1-10 hansı surədədir?
Kəhf surəsi (الكهف). Surə 18 / 114 · 110 ayə.
Ayə 18:1-10 hansı cüzdədir?
Cüz: 15.
Ayə 18:1-10 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 293-294 · İndoPak müshəfi (610 səhifə): 293 · Nəsx müshəfi (612 səhifə): 294.
Ayə 18:1-10 neçə sözdən ibarətdir?
Söz sayı: 105.
Ayə 18:1-10 neçə ərəb hərfindən ibarətdir?
Ayə 18:1-10: 422 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 18:1-10 Quranda harada yerləşir?
Ayə 18:1-10 Quranın 6,236 ayəsi içərisində 2,141 nömrəli ayədən 2,150 nömrəli ayəyə qədər uzanır.
Kəhf surəsi neçə ayədir?
Kəhf surəsi 110 ayədən ibarətdir. Quranda 114 surədən 18 nömrəlisidir.
Kəhf surəsi Məkki, yoxsa Mədəni surədir?
Kəhf surəsi Məkki kimi təsnif olunur.
Kəhf surəsi neçə sözdən ibarətdir?
Kəhf surəsi: 1,579 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.
Kəhf surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 110 ayə və 1,579 söz, həmin mətndən yaradılır.