Al-Hadi
Ad 94 / 99
الْهَادِي
Doğru yola yönəldən
Bu ad Quranda
Aşağıdakı hər ayə öz kontekstində oxunub və iki müstəqil yoxlama ilə təsdiqlənib, tək bir sual üzrə: bu söz burada Allahı adlandırırmı. İki yoxlama fərqli nəticə verəndə ayə çıxarılıb. Bəzilərində ad isim kimi deyil, feil və ya başqa formada keçir.
ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ
Bizi doğru yola yönəlt!
۞ إِنَّ ٱللَّهَ لَا يَسۡتَحۡيِۦٓ أَن يَضۡرِبَ مَثَلٗا مَّا بَعُوضَةٗ فَمَا فَوۡقَهَاۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ فَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۖ وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۘ يُضِلُّ بِهِۦ كَثِيرٗا وَيَهۡدِي بِهِۦ كَثِيرٗاۚ وَمَا يُضِلُّ بِهِۦٓ إِلَّا ٱلۡفَٰسِقِينَ
Şübhəsiz ki, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlərə gəlincə, onlar bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istəyir?” Halbuki (Allah) bununla bir çoxlarını azdırır, bir çoxlarını da haqq yoluna yönəldir. O, bununla yalnız fasiqləri azdırar.
۞ سَيَقُولُ ٱلسُّفَهَآءُ مِنَ ٱلنَّاسِ مَا وَلَّىٰهُمۡ عَن قِبۡلَتِهِمُ ٱلَّتِي كَانُواْ عَلَيۡهَاۚ قُل لِّلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
Səfeh kimsələr deyəcəklər: “Müsəlmanları üz tutduqları qiblədən döndərən nədir?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldər!”
وَلِيَعۡلَمَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَيُؤۡمِنُواْ بِهِۦ فَتُخۡبِتَ لَهُۥ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
Qoy elm verilən kəslər, bu (Kitabın) Rəbbin tərəfindən (göndərilmiş) həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.
وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوّٗا مِّنَ ٱلۡمُجۡرِمِينَۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيٗا وَنَصِيرٗا
Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı olaraq Rəbbin sənə yetər.
Bu ad haqqında
- Bu sözün keçdiyi ayələr
- 10
- Quran mətni
- Məlik Fəhd Kompleksinin Osmani Həfs mətni
- Tərcümə
- Əlixan Musayev