Bəqərə surəsi 2:26 البقرة
Bu, Bəqərə surəsinin 286 ayəsindən 26 nömrəli ayəsidir, Quranda 6236 ayədən 33 nömrəlidir, cüz 1. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 5.
۞ إِنَّ ٱللَّهَ لَا يَسۡتَحۡيِۦٓ أَن يَضۡرِبَ مَثَلٗا مَّا بَعُوضَةٗ فَمَا فَوۡقَهَاۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ فَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۖ وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۘ يُضِلُّ بِهِۦ كَثِيرٗا وَيَهۡدِي بِهِۦ كَثِيرٗاۚ وَمَا يُضِلُّ بِهِۦٓ إِلَّا ٱلۡفَٰسِقِينَ
Şübhəsiz ki, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlərə gəlincə, onlar bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istəyir?” Halbuki (Allah) bununla bir çoxlarını azdırır, bir çoxlarını da haqq yoluna yönəldir. O, bununla yalnız fasiqləri azdırar.
2:26 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 2:26
Al-Mukhtasar
Əlbəttə, Pak və Uca Allah istədiyi hər hansı bir şeyi misal çəkməkdən əsla çəkinməz. Allah, ağcaqanaddan istər böyük, istərsə də kiçik olan məxluqatlar ilə misal gətirməkdən çəkinməz. İnsanlar belə misalların qarşısında iki qisimdir: Bu misallara iman edənlər və küfür edənlər: İman gətirənlər bu misalların doğruluğunu təsdiq edər və belə misalların, öz Rəbbləri tərəfindən çəkilməsinin bir hikməti olduğunu dərk edərlər. Amma kafirlərə gəldikdə isə onlar, istehza edərək bir-birlərindən: "Allahın, ağcaqanadı, milçəyi, əqrəbi və s. bu kimi həqir məxluqatı misal çəkməsinin səbəbi nədir" -deyə soruşarlar. Bu zaman Allah onlara belə cavab verir ki, Allahın bu misalları çəkməsində, insanlar üçün hidayət, yönləndirmə və imtahanlar vardır. Allah onların bir çoxunu bu misallar haqqında düşünməkdən üz çevirdiklərinə görə azdırmışdır. Çoxları isə bu misalları düşünüb ibrət aldıqlarına görə Allah onlara hidayət bəxş etmişdir. Haqdan yalnız münafiqlər kimi, Allahın itaətindən çıxan, azğınlığa layiq olan insanlar azar.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 1
- Söz sayı
- 39
- Mədinə müshəfi (604 səhifə)
- 5
- İndoPak müshəfi (610 səhifə)
- 5
- Nəsx müshəfi (612 səhifə)
- 6
Ayə 2:26 hansı surədədir?
Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.
Ayə 2:26 hansı cüzdədir?
Cüz: 1.
Ayə 2:26 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 5 · İndoPak müshəfi (610 səhifə): 5 · Nəsx müshəfi (612 səhifə): 6.
Ayə 2:26 neçə sözdən ibarətdir?
Söz sayı: 39.
Ayə 2:26 neçə ərəb hərfindən ibarətdir?
Ayə 2:26: 154 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 2:26 Quranda harada yerləşir?
Ayə 2:26 Quranın 6,236 ayəsindən 33 nömrəlisidir.
Bəqərə surəsi neçə ayədir?
Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.
Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?
Bəqərə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 2:26 dinlənilə bilərmi?
Bəli. Ayə 2:26 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.