Yusif surəsi 12:100 يوسف
Bu, Yusif surəsinin 111 ayəsindən 100 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1696 nömrəlidir, cüz 13. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 247.
وَرَفَعَ أَبَوَيۡهِ عَلَى ٱلۡعَرۡشِ وَخَرُّواْ لَهُۥ سُجَّدٗاۖ وَقَالَ يَٰٓأَبَتِ هَٰذَا تَأۡوِيلُ رُءۡيَٰيَ مِن قَبۡلُ قَدۡ جَعَلَهَا رَبِّي حَقّٗاۖ وَقَدۡ أَحۡسَنَ بِيٓ إِذۡ أَخۡرَجَنِي مِنَ ٱلسِّجۡنِ وَجَآءَ بِكُم مِّنَ ٱلۡبَدۡوِ مِنۢ بَعۡدِ أَن نَّزَغَ ٱلشَّيۡطَٰنُ بَيۡنِي وَبَيۡنَ إِخۡوَتِيٓۚ إِنَّ رَبِّي لَطِيفٞ لِّمَا يَشَآءُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ
O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı hörmət əlaməti olaraq) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəyə çevirdi. O mənə lütf etdi. (Belə ki,) məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Hikmət sahibidir”.
12:100 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 12:100
Al-Mukhtasar
Yusif ata-anasını özü əyləşdiyi taxtın üstündə əyləşdirdi. Atası, anası və on bir qardaşı Yusifi salamlamaq üçün hamısı onun qarşısında səcdə etdilər. Bu səcdə, heç də ibadət məqsədi ilə edilən səcdə deyildi, lakin Yusifin yuxuda gördüyü kimi Allahın əmrini gerçəkləçdirmək üçün edilən bir səcdə idi. Elə buna görə də Yusif – Əleyhissalam – atasına belə dedi: "Sizin mənə səcdə edərək məni salamlamağınız, bundan öncə gördüyüm və sənə danışdığım yuxumun yozumudur. Artıq Rəbbim o yuxunun həyatda baş verməsini gerçəkləşdirdi. Şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra məni zindandan çıxartmaqla və sizi səhradan yanıma gətirməklə Rəbbim mənə lütf etdi. Şübhəsiz ki, Rəbbim istədiyi şeyi idarə etməsində lütf sahibidir. Həqiqətən, O, qullarının olduqları halı daha yaxşı biləndir və işləri idarə etməsində də hikmət sahibidir!"
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 13
- Söz sayı
- 46
- Mədinə müshəfi (604 səhifə)
- 247
- İndoPak müshəfi (610 səhifə)
- 247
- Nəsx müshəfi (612 səhifə)
- 248
Ayə 12:100 hansı surədədir?
Yusif surəsi (يوسف). Surə 12 / 114 · 111 ayə.
Ayə 12:100 hansı cüzdədir?
Cüz: 13.
Ayə 12:100 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 247 · İndoPak müshəfi (610 səhifə): 247 · Nəsx müshəfi (612 səhifə): 248.
Ayə 12:100 neçə sözdən ibarətdir?
Söz sayı: 46.
Ayə 12:100 neçə ərəb hərfindən ibarətdir?
Ayə 12:100: 166 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 12:100 Quranda harada yerləşir?
Ayə 12:100 Quranın 6,236 ayəsindən 1,696 nömrəlisidir.
Yusif surəsi neçə ayədir?
Yusif surəsi 111 ayədən ibarətdir. Quranda 114 surədən 12 nömrəlisidir.
Yusif surəsi Məkki, yoxsa Mədəni surədir?
Yusif surəsi Məkki kimi təsnif olunur.
Ayə 12:100 dinlənilə bilərmi?
Bəli. Ayə 12:100 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Yusif surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 111 ayə və 1,777 söz, həmin mətndən yaradılır.