Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
Surə haqqında
Əbəsə surəsi Quranda 80 nömrəli surədir, Məkki kimi təsnif olunur və 42 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 585.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
عَبَسَ وَتَوَلَّىٰٓ
(Peyğəmbər) qaşqabağını tökdü və üz çevirdi –
أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ
yanına kor (Abdullah ibn Ümmi-Məktum) gəldiyinə görə.
وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ
(Ey Muhamməd!) Nə bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi
أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ
yaxud öyüd dinləyib və bu öyüd ona fayda verəcəkdi!
أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ
(Öyüd-nəsihətinə) ehtiyacı olmayana gəlincə isə,
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ
sən ona tərəf çevrilirsən.
وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ
Onun (günahlardan) təmizlənməməsinin sənə bir aidiyyəti yoxdur.
وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ
Amma tələsərək sənin yanına gələn,
وَهُوَ يَخۡشَىٰ
(Allahdan) qorxan kimsəyə gəlincə,
فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ
sən ona məhəl qoymursan!
كـَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ
Xeyr (Bir daha belə etmə)! Şübhəsiz ki, bu (ayələr), bir öyüd-nəsihətdir.
فَمَن شَآءَ ذَكَرَهُۥ
Kim istəsə, ondan öyüd-nəsihət alar.
فِي صُحُفٖ مُّكَرَّمَةٖ
(Bu Quran) möhtərəm səhifələrdədir.
مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ
uca və pak (səhifələrdə).
بِأَيۡدِي سَفَرَةٖ
(Bu səhifələr) elçilərin (mələklərin) əllərindədir.
كِرَامِۭ بَرَرَةٖ
möhtərəm və müti olan (mələklərin əllərində).
قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ
Ölsün (kafir) insan! O necə də nankordur!
مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ
(Qoy baxsın), Allah onu nədən yaratdı?
مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ
(Allah) onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı.
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ
Sonra onun yolunu asanlaşdırdı.
ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ
Sonra onu öldürüb qəbirə saldı.
ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ
Sonra da istədiyi vaxt onu (yenidən) dirildəcəkdir.
كـَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ
Xeyr! O, hələ də (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir.
فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ
Qoy insan yediyinə baxsın!
أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا
Biz yağışı bol-bol yağdırdıq.
ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا
Sonra da yeri çat-çat yardıq.
فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا
Orada dən yetişdirdik.
وَعِنَبٗا وَقَضۡبٗا
(Habelə) üzüm və yonca,
وَزَيۡتُونٗا وَنَخۡلٗا
zeytun və xurma (ağacları),
وَحَدَآئِقَ غُلۡبٗا
sıx-sıx bağlar,
وَفَٰكِهَةٗ وَأَبّٗا
meyvələr və otlar da (bitirdik).
مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ
Sizin və heyvanlarınızın faydalanması üçün.
فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ
Qulaqları kar edən səs gələndə –
يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ
o gün insan qaçacaq öz qardaşından,
وَأُمِّهِۦ وَأَبِيهِ
anasından, atasından,
وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ
həyat yoldaşından və övladlarından!
لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ
O gün onlardan hər birinin yetərincə işi olacaqdır.
وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ
O gün (neçə-neçə) üzlər parlayacaq.
ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ
Güləcək və fərəhlənəcək.
وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ
O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq.
تَرۡهَقُهَا قَتَرَةٌ
Onları zülmət bürüyəcək.
أُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ
Məhz onlar kafirlər, günahkarlardır!
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Müshəfdə Əbəsə surəsi
- Nazil olması
- Məkki
- Cüz
- 30
- Söz sayı
- 133
- Mədinə müshəfi (604 səhifə)
- 585
- İndoPak müshəfi (610 səhifə)
- 589-590
- Nəsx müshəfi (612 səhifə)
- 590-591
Əbəsə surəsi haqqında suallar
Əbəsə surəsi neçə ayədir?
Əbəsə surəsi 42 ayədən ibarətdir. Quranda 114 surədən 80 nömrəlisidir.
Əbəsə surəsi hansı cüzdədir?
Əbəsə surəsi: cüz 30 (30 cüzdən).
Əbəsə surəsi Məkki, yoxsa Mədəni surədir?
Əbəsə surəsi Məkki kimi təsnif olunur.
Əbəsə surəsi hansı səhifədədir?
Əbəsə surəsi Mədinə müshəfində (604 səhifə): 585. İndoPak müshəfində (610 səhifə): 589-590. Nəsx müshəfində (612 səhifə): 590-591.
Əbəsə surəsi neçə sözdən ibarətdir?
Əbəsə surəsi: 133 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.
Əbəsə surəsi neçə ərəb hərfindən ibarətdir?
Əbəsə surəsi: 548 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Əbəsə surəsi Quranda harada yerləşir?
Əbəsə surəsi Quranın 6,236 ayəsi içərisində 5,759 nömrəli ayədən 5,800 nömrəli ayəyə qədər uzanır.
Əbəsə surəsində səcdə ayəsi varmı?
Xeyr. Əbəsə surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.
Əbəsə surəsi dinlənilə bilərmi?
Bəli. Əbəsə surəsinin 42 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Əbəsə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 42 ayə və 133 söz, həmin mətndən yaradılır.
Əbəsə surəsini dinlə
- Mishary Alafasy مشاري العفاسي Həfs ən AsimMurattal
- AbdulBaset (Murattal) عبدالباسط عبدالصمد Həfs ən AsimMurattal
- AbdulBaset AbdulSamad عبدالباسط عبدالصمد Həfs ən AsimMujawwad
- Minshawi (Murattal) محمد صديق المنشاوي Həfs ən AsimMurattal
- As-Sudais عبدالرحمن السديس Həfs ən AsimMurattal
- Abu Bakr ash-Shatri أبو بكر الشاطري Həfs ən AsimMurattal