Əhqaf surəsi 46:17 الأحقاف
Bu, Əhqaf surəsinin 35 ayəsindən 17 nömrəli ayəsidir, Quranda 6236 ayədən 4527 nömrəlidir, cüz 26. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 504.
وَٱلَّذِي قَالَ لِوَٰلِدَيۡهِ أُفّٖ لَّكُمَآ أَتَعِدَانِنِيٓ أَنۡ أُخۡرَجَ وَقَدۡ خَلَتِ ٱلۡقُرُونُ مِن قَبۡلِي وَهُمَا يَسۡتَغِيثَانِ ٱللَّهَ وَيۡلَكَ ءَامِنۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ فَيَقُولُ مَا هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
(Kimisi də) valideyninə: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsil gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımla hədələyirsiniz?”– deyər. Onlar Allahdan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər.
46:17 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 46:17
Al-Mukhtasar
Uca Allah valideynlərinin qayğısına qalan kimsəni onlara yaxşılıq etməyə rəğbətləndirməyə dair misalı zikr etdikdən sonra, valideyninin üzünə ağ olan kimsəni bu pis əməldən çəkindirmək üçün misal çəkib buyurur:
Kimisi də ata-anasına deyər: “Uf sizə! Məndən əvvəl neçə-neçə nəsil ölüb-getdiyi və onlardan heç birinin dirlmədiyi halda, siz məni öldükdən sonra dirilib qəbirdən çıxarılacağımla hədələyirsiniz?!” Valideynləri də Allaha yalvarıb Ondan övladlarını imana yönəltməsini diləyər və övladlarına deyərlər: “Dirilməyə iman gətirməsən, vay sənin halına! Buna iman gətir, Allahın ölüləri dirildəcəyinə dair verdiyi vədi haqdır, onda heç bir şübhə yoxdur!” O isə dirilməni bir daha inkar edərək deyər: “Bu dirilmə haqqında deyilənlər, sadəcə keçmişdəkilərin kitablarından nəql edilən, onların yazdıqlar və Allahın xəbər verdiyinə dair heç bir sübutu olmayan (nağıllardan) başqa bir şey deyildir!”
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 26
- Söz sayı
- 28
- Mədinə müshəfi (604 səhifə)
- 504
- İndoPak müshəfi (610 səhifə)
- 504
- Nəsx müshəfi (612 səhifə)
- 505
Ayə 46:17 hansı surədədir?
Əhqaf surəsi (الأحقاف). Surə 46 / 114 · 35 ayə.
Ayə 46:17 hansı cüzdədir?
Cüz: 26.
Ayə 46:17 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 504 · İndoPak müshəfi (610 səhifə): 504 · Nəsx müshəfi (612 səhifə): 505.
Ayə 46:17 neçə sözdən ibarətdir?
Söz sayı: 28.
Ayə 46:17 neçə ərəb hərfindən ibarətdir?
Ayə 46:17: 112 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 46:17 Quranda harada yerləşir?
Ayə 46:17 Quranın 6,236 ayəsindən 4,527 nömrəlisidir.
Əhqaf surəsi neçə ayədir?
Əhqaf surəsi 35 ayədən ibarətdir. Quranda 114 surədən 46 nömrəlisidir.
Əhqaf surəsi Məkki, yoxsa Mədəni surədir?
Əhqaf surəsi Məkki kimi təsnif olunur.
Ayə 46:17 dinlənilə bilərmi?
Bəli. Ayə 46:17 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Əhqaf surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 35 ayə və 643 söz, həmin mətndən yaradılır.