Əhzab surəsi 33:50 الأحزاب
Bu, Əhzab surəsinin 73 ayəsindən 50 nömrəli ayəsidir, Quranda 6236 ayədən 3583 nömrəlidir, cüz 22. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 424.
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَحۡلَلۡنَا لَكَ أَزۡوَٰجَكَ ٱلَّٰتِيٓ ءَاتَيۡتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتۡ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيۡكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَٰلَٰتِكَ ٱلَّٰتِي هَاجَرۡنَ مَعَكَ وَٱمۡرَأَةٗ مُّؤۡمِنَةً إِن وَهَبَتۡ نَفۡسَهَا لِلنَّبِيِّ إِنۡ أَرَادَ ٱلنَّبِيُّ أَن يَسۡتَنكِحَهَا خَالِصَةٗ لَّكَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۗ قَدۡ عَلِمۡنَا مَا فَرَضۡنَا عَلَيۡهِمۡ فِيٓ أَزۡوَٰجِهِمۡ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ لِكَيۡلَا يَكُونَ عَلَيۡكَ حَرَجٞۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا
Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə, Peyğəmbərin evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə (mehrsiz) bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. (Sonuncusu) digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. (Belə etdik ki,) sənə bir çətinlik olmasın. Allah bağışlayandır, rəhmlidir.
33:50 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 33:50
Al-Mukhtasar
Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini və Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri sənə halal etdik, habelə, səninlə birlikdə Məkkədən Mədinəyə hicrət etmiş əmin qızları, bibilərinin qızları, dayın qızları və xalalarının qızları ilə nikaha girməyi halal etdik, eləcə də, heç bir mehr vermədən özünü sənə hədiyyə edən mömin qadınla evlənməyi sənə halal etdik. Özünü hədiyyə edən qadınla evlənmək, bu ümmətdən heç kəsə yox, ancaq məxsusi olaraq Peyğəmbərə (səllallahu aleyhi və səlləm) caizdir. Biz möminlərə zövcələri barədə nəyi vacib buyurduğumuzu bilirik. Belə ki, onlara eyni vaxtda dörd qadından artıq qadınla evlənmək icazəli deyil. Habelə, onlara sahib olduqları cariyələr barədə nə buyurduğumuzu da bilirik. Belə ki, onlar istədikləri sayda cariyədən istifadə edə bilər. Biz sənə evlənməsinə icazə verdiklərimizdən bəzisini başqalarına icazə vermədik. Biz bunu, sənə sıxıntı və məşəqqət olmasın deyə belə etdik. Allah Öz qullarından tövbə edən kimsələri bağışlayandır, onlara rəhm edəndir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 22
- Söz sayı
- 61
- Mədinə müshəfi (604 səhifə)
- 424
- İndoPak müshəfi (610 səhifə)
- 424
- Nəsx müshəfi (612 səhifə)
- 425
Ayə 33:50 hansı surədədir?
Əhzab surəsi (الأحزاب). Surə 33 / 114 · 73 ayə.
Ayə 33:50 hansı cüzdədir?
Cüz: 22.
Ayə 33:50 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 424 · İndoPak müshəfi (610 səhifə): 424 · Nəsx müshəfi (612 səhifə): 425.
Ayə 33:50 neçə sözdən ibarətdir?
Söz sayı: 61.
Ayə 33:50 neçə ərəb hərfindən ibarətdir?
Ayə 33:50: 257 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 33:50 Quranda harada yerləşir?
Ayə 33:50 Quranın 6,236 ayəsindən 3,583 nömrəlisidir.
Əhzab surəsi neçə ayədir?
Əhzab surəsi 73 ayədən ibarətdir. Quranda 114 surədən 33 nömrəlisidir.
Əhzab surəsi Məkki, yoxsa Mədəni surədir?
Əhzab surəsi Mədəni kimi təsnif olunur.
Ayə 33:50 dinlənilə bilərmi?
Bəli. Ayə 33:50 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Əhzab surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 73 ayə və 1,287 söz, həmin mətndən yaradılır.