Əhzab surəsi 33:51 الأحزاب
Bu, Əhzab surəsinin 73 ayəsindən 51 nömrəli ayəsidir, Quranda 6236 ayədən 3584 nömrəlidir, cüz 22. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 425.
۞ تُرۡجِي مَن تَشَآءُ مِنۡهُنَّ وَتُـٔۡوِيٓ إِلَيۡكَ مَن تَشَآءُۖ وَمَنِ ٱبۡتَغَيۡتَ مِمَّنۡ عَزَلۡتَ فَلَا جُنَاحَ عَلَيۡكَۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن تَقَرَّ أَعۡيُنُهُنَّ وَلَا يَحۡزَنَّ وَيَرۡضَيۡنَ بِمَآ ءَاتَيۡتَهُنَّ كُلُّهُنَّۚ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي قُلُوبِكُمۡۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمٗا
Onlardan istədiyinin (səninlə gecələmək) növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini (yenidən öz yanına almaq) istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah (hər şeyi) biləndir, həlimdir.
33:51 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 33:51
Al-Mukhtasar
Ey Peyğəmbər, zövcələrindən istədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən, onlardan istədiyini də öz yanına ala bilərsən ki, gecəni səninlə keçirsin. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən, buna görə sənə heç bir günah olmaz. Onların növbəsini təxirə salmaq və sənə belə imkan yaratmaq, zövcələrinin sevinmələri və sənin onların hamısına verdiyindən razı qalmaları üçün daha münasibdir. Onlar bilsinlər ki, sən öz öhdənə düşən vacibi tərk etməmisən və heç kəsin haqqına girməmisən. Ey kişilər, Allah sizin qəlbinizdə olanları qadınlarınızdan bəzisinə meyl edib digərlərini tərk etdiyiniz bilir. Allah Öz qullarının nə əməllər etdiklərini bilir, heç bir şey Ondan gizli qalmır, üstəlik, həlimdir, onları (günahlarına görə) dərhal cəzalandırmır ki, bəlkə Ona tövbə edələr.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 22
- Söz sayı
- 35
- Mədinə müshəfi (604 səhifə)
- 425
- İndoPak müshəfi (610 səhifə)
- 425
- Nəsx müshəfi (612 səhifə)
- 426
Ayə 33:51 hansı surədədir?
Əhzab surəsi (الأحزاب). Surə 33 / 114 · 73 ayə.
Ayə 33:51 hansı cüzdədir?
Cüz: 22.
Ayə 33:51 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 425 · İndoPak müshəfi (610 səhifə): 425 · Nəsx müshəfi (612 səhifə): 426.
Ayə 33:51 neçə sözdən ibarətdir?
Söz sayı: 35.
Ayə 33:51 neçə ərəb hərfindən ibarətdir?
Ayə 33:51: 138 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 33:51 Quranda harada yerləşir?
Ayə 33:51 Quranın 6,236 ayəsindən 3,584 nömrəlisidir.
Əhzab surəsi neçə ayədir?
Əhzab surəsi 73 ayədən ibarətdir. Quranda 114 surədən 33 nömrəlisidir.
Əhzab surəsi Məkki, yoxsa Mədəni surədir?
Əhzab surəsi Mədəni kimi təsnif olunur.
Ayə 33:51 dinlənilə bilərmi?
Bəli. Ayə 33:51 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Əhzab surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 73 ayə və 1,287 söz, həmin mətndən yaradılır.