Ənam surəsi 6:108 الأنعام
Bu, Ənam surəsinin 165 ayəsindən 108 nömrəli ayəsidir, Quranda 6236 ayədən 897 nömrəlidir, cüz 7. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 141.
وَلَا تَسُبُّواْ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّواْ ٱللَّهَ عَدۡوَۢا بِغَيۡرِ عِلۡمٖۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمۡ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرۡجِعُهُمۡ فَيُنَبِّئُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ
(Müşriklərin) Allahdan başqa tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsizlikləri ucbatından, düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq, Allah da onlara nə etdikləri barədə xəbər verəcəkdir.
6:108 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 6:108
Al-Mukhtasar
Ey Möminlər! Müşriklərin Allahdan başqalarına ibadət etdikləri bütlər ən həqir şeylərə və söyüşə layiq olsalar belə, müşriklərin Allaha qarşı cahillik edib Onu söyməsinlər deyə, siz onların bütlərini söyməyin. Onlara öz azğınlıqlarını gözəlləşdirdiyimiz kimi, biz hər bir ümmətə öz əməllərini xeyir və şər olmasından aslı olmayaraq beləcə gözəlləşdirdik. Onlar isə özlərinə gözəlləşdirdiyimiz əməlləri etdilər. Qiyamət günü isə onların dönüşü öz Rəbbinə olacaq, O da nə onların dünyada ikən etdikləri əməlləri bildirəcək və hər bir kəsin əməlinin əvəzini verəcəkdir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 7
- Söz sayı
- 25
- Mədinə müshəfi (604 səhifə)
- 141
- İndoPak müshəfi (610 səhifə)
- 141
- Nəsx müshəfi (612 səhifə)
- 142
Ayə 6:108 hansı surədədir?
Ənam surəsi (الأنعام). Surə 6 / 114 · 165 ayə.
Ayə 6:108 hansı cüzdədir?
Cüz: 7.
Ayə 6:108 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 141 · İndoPak müshəfi (610 səhifə): 141 · Nəsx müshəfi (612 səhifə): 142.
Ayə 6:108 neçə sözdən ibarətdir?
Söz sayı: 25.
Ayə 6:108 neçə ərəb hərfindən ibarətdir?
Ayə 6:108: 103 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 6:108 Quranda harada yerləşir?
Ayə 6:108 Quranın 6,236 ayəsindən 897 nömrəlisidir.
Ənam surəsi neçə ayədir?
Ənam surəsi 165 ayədən ibarətdir. Quranda 114 surədən 6 nömrəlisidir.
Ənam surəsi Məkki, yoxsa Mədəni surədir?
Ənam surəsi Məkki kimi təsnif olunur.
Ayə 6:108 dinlənilə bilərmi?
Bəli. Ayə 6:108 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Ənam surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 165 ayə və 3,050 söz, həmin mətndən yaradılır.