Məzmuna keç

Ənfal surəsi 8:72 الأنفال

Bu, Ənfal surəsinin 75 ayəsindən 72 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1232 nömrəlidir, cüz 10. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 186.

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَٰٓئِكَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلَٰيَتِهِم مِّن شَيۡءٍ حَتَّىٰ يُهَاجِرُواْۚ وَإِنِ ٱسۡتَنصَرُوكُمۡ فِي ٱلدِّينِ فَعَلَيۡكُمُ ٱلنَّصۡرُ إِلَّا عَلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ

Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən (mühacirlər) və sığınacaq verib köməklik göstərən (ənsar) – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə (yardım) istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür.

8:72 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Ənfal surəsi
0/75
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Ənfal 8:72 0:00 0:00 Oxundu, davam et

Təfsir · 8:72

Al-Mukhtasar

Həqiqətən, Allaha iman gətirənlər, Onun Rəsulunu təsdiq edənlər, onun gətirdiyi şəriətə əməl edənlər, küfür diyarından İslam diyarına və ya Allaha əmin-amanlıqla ibadət edən bir diyara hicrət edənlər və Allahın kəlməsi uca olması üçün öz malları və canları ilə cihad edən mühacirlər və onlara qonaqpərvərliklə yanaşıb, köməklik göstərən ev sahibi olan ənsarlar məhz onlar bir-birinin dostlarıdırlar. Ey Möminlər! Allaha iman gətirən, lakin küfr diyarından İslam diyarına hicrət etməyənlərə gəldikdə isə, onlar Allah yolunda hicrət etməyincə siz onları qorumağa və himayə etməyə borclu deyilsiniz. Əgər kafirlərin onlara zülüm etdiklərinə görə kafirlərə qarşı sizdən kömək istəsələr,onlara kömək etməyiniz gərəkdir. Əgər sizinlə aranızda əhd olan kafir bir qövmə qarşı özlərinə yardım etmənizi istəsələr bu zaman yardım edib onlarla bağladığınız əhdi pozmaq yalnış addımdır. Allah sizin nə etdiklərinizi görür. Etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. Allah dünya da ikən gördüyünüz əməllərin müqabilini sizə verəcəkdir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
10
Söz sayı
45
Mədinə müshəfi (604 səhifə)
186
İndoPak müshəfi (610 səhifə)
186
Nəsx müshəfi (612 səhifə)
187
Ayə 8:72 hansı surədədir?

Ənfal surəsi (الأنفال). Surə 8 / 114 · 75 ayə.

Ayə 8:72 hansı cüzdədir?

Cüz: 10.

Ayə 8:72 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 186 · İndoPak müshəfi (610 səhifə): 186 · Nəsx müshəfi (612 səhifə): 187.

Ayə 8:72 neçə sözdən ibarətdir?

Söz sayı: 45.

Ayə 8:72 neçə ərəb hərfindən ibarətdir?

Ayə 8:72: 208 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 8:72 Quranda harada yerləşir?

Ayə 8:72 Quranın 6,236 ayəsindən 1,232 nömrəlisidir.

Ənfal surəsi neçə ayədir?

Ənfal surəsi 75 ayədən ibarətdir. Quranda 114 surədən 8 nömrəlisidir.

Ənfal surəsi Məkki, yoxsa Mədəni surədir?

Ənfal surəsi Mədəni kimi təsnif olunur.

Ayə 8:72 dinlənilə bilərmi?

Bəli. Ayə 8:72 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Ənfal surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 75 ayə və 1,233 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play