Əraf surəsi 7:143 الأعراف
Bu, Əraf surəsinin 206 ayəsindən 143 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1097 nömrəlidir, cüz 9. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 167.
وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِيٓ أَنظُرۡ إِلَيۡكَۚ قَالَ لَن تَرَىٰنِي وَلَٰكِنِ ٱنظُرۡ إِلَى ٱلۡجَبَلِ فَإِنِ ٱسۡتَقَرَّ مَكَانَهُۥ فَسَوۡفَ تَرَىٰنِيۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلۡجَبَلِ جَعَلَهُۥ دَكّٗا وَخَرَّ مُوسَىٰ صَعِقٗاۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبۡحَٰنَكَ تُبۡتُ إِلَيۡكَ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُؤۡمِنِينَ
Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. (Allah) dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən.” Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi. Musa da bayılaraq yerə yıxıldı. O özünə gəldikdə isə: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”– dedi
7:143 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 7:143
Al-Mukhtasar
Musa - əleyhissalam, qırx gecənin tamamında, onun üçün təyin etdiyimiz vaxtda Rəbbi ilə danışmağa gəldikdə, Rəbbi onu bəzi əmrlər, qadağalar və s. işlər barədə danışdırdı. Bu zaman Musa - əleyhissalam - Rəbbini görmək arzusuna düşdü və Allahdan Onu görməsini istədi. Pak və uca olan Allah ona belə cavab verdi: "Sənin buna taqətin çatmadığın üçün sən dünya həyatında heç vaxt məni görə bilməzsən. Lakin Mən bu dağa baxdığım zaman səndə həmin dağa bax. Əgər o, öz yerində dəyişməyib sabit qalarsa, sən Məni görə bilərsən. Əgər dağ yerlə bərabər olarsa, demək sən Məni dünyada heç vaxt görə bilməzsən". Allah dağa baxdıqda bu zaman dağ yerlə bərabər oldu və Musa - əleyhissalam - bayılaraq yerə yıxıldı. Musa - əleyhissalam - özünə gəldikdə isə dedi: "Ey Rəbb! Mən Səni, Sənə layiq olmayan bütün eyib və nöqsanlardan uzaq tuturam. Mən Səni dünyada ikən görmək üçün soruşduğumu bir daha Səndən soruşmağa tövbə edirəm və mən qövmümdən iman gətirənlərin birincisiyəm!"
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 9
- Söz sayı
- 41
- Mədinə müshəfi (604 səhifə)
- 167
- İndoPak müshəfi (610 səhifə)
- 167
- Nəsx müshəfi (612 səhifə)
- 168
Ayə 7:143 hansı surədədir?
Əraf surəsi (الأعراف). Surə 7 / 114 · 206 ayə.
Ayə 7:143 hansı cüzdədir?
Cüz: 9.
Ayə 7:143 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 167 · İndoPak müshəfi (610 səhifə): 167 · Nəsx müshəfi (612 səhifə): 168.
Ayə 7:143 neçə sözdən ibarətdir?
Söz sayı: 41.
Ayə 7:143 neçə ərəb hərfindən ibarətdir?
Ayə 7:143: 163 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 7:143 Quranda harada yerləşir?
Ayə 7:143 Quranın 6,236 ayəsindən 1,097 nömrəlisidir.
Əraf surəsi neçə ayədir?
Əraf surəsi 206 ayədən ibarətdir. Quranda 114 surədən 7 nömrəlisidir.
Əraf surəsi Məkki, yoxsa Mədəni surədir?
Əraf surəsi Məkki kimi təsnif olunur.
Ayə 7:143 dinlənilə bilərmi?
Bəli. Ayə 7:143 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Əraf surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 206 ayə və 3,320 söz, həmin mətndən yaradılır.