Məzmuna keç

Bəqərə surəsi 2:165 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 165 nömrəli ayəsidir, Quranda 6236 ayədən 172 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 25.

وَمِنَ ٱلنَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ ٱللَّهِ أَندَادٗا يُحِبُّونَهُمۡ كَحُبِّ ٱللَّهِۖ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَشَدُّ حُبّٗا لِّلَّهِۗ وَلَوۡ يَرَى ٱلَّذِينَ ظَلَمُوٓاْ إِذۡ يَرَوۡنَ ٱلۡعَذَابَ أَنَّ ٱلۡقُوَّةَ لِلَّهِ جَمِيعٗا وَأَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعَذَابِ

İnsanlardan elələri də var ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da, Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı görəcəkləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini biləydilər.

2:165 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:165 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:165

Al-Mukhtasar

Uca Allahın varlığına dəlalət edən bu açıq-aydın ayətlərin olmasına baxmayaraq insanlardan elələri də vardır ki, Allahdan qeyrilərini özlərinə ilah qəbul edib, onları uca Allaha tay tutur və onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi, onların Allahdan qeyrilərinə ibadət ediklərinə olan sevgisindən daha güclüdür. Çünki möminlər heç bir şeyi Allaha şərik qoşmaz və Allahı daima, xoş və çətin vaxtlarında da sevərlər. Amma onlar isə öz ilahlarını yalnız xoş vaxtlarında sevərlər, çətin vaxtlarında isə ancaq Allaha dua edərlər. Kaş ki, Allaha şərik qoşmaq və günah işlər görməklə özlərinə zülm edən kimsələr axirətdə onlara olan əzabı gördükləri zaman bütün qüvvətin yalnız tək Allaha məxsus olduğunu və Allahın, Ona asi olanlara qarşı şiddətli əzab verdiyini görəydilər. Əgər onlar bunu görsəydilər heç vaxt Allaha şərik qoşmazdılar.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
2
Söz sayı
31
Mədinə müshəfi (604 səhifə)
25
İndoPak müshəfi (610 səhifə)
25
Nəsx müshəfi (612 səhifə)
26
Ayə 2:165 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:165 hansı cüzdədir?

Cüz: 2.

Ayə 2:165 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 25 · İndoPak müshəfi (610 səhifə): 25 · Nəsx müshəfi (612 səhifə): 26.

Ayə 2:165 neçə sözdən ibarətdir?

Söz sayı: 31.

Ayə 2:165 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:165: 124 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:165 Quranda harada yerləşir?

Ayə 2:165 Quranın 6,236 ayəsindən 172 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:165 dinlənilə bilərmi?

Bəli. Ayə 2:165 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play