Bəqərə surəsi 2:189 البقرة
Bu, Bəqərə surəsinin 286 ayəsindən 189 nömrəli ayəsidir, Quranda 6236 ayədən 196 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 29.
۞ يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡأَهِلَّةِۖ قُلۡ هِيَ مَوَٰقِيتُ لِلنَّاسِ وَٱلۡحَجِّۗ وَلَيۡسَ ٱلۡبِرُّ بِأَن تَأۡتُواْ ٱلۡبُيُوتَ مِن ظُهُورِهَا وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنِ ٱتَّقَىٰۗ وَأۡتُواْ ٱلۡبُيُوتَ مِنۡ أَبۡوَٰبِهَاۚ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir.” Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan kəsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız.
2:189 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 2:189
Al-Mukhtasar
Ey Peyğəmbər! Səndən yeni doğan ayların yaranması və bu ayların dəyişməsi barəsində soruşurlar. Sən onlara cavab olaraq bunun hikməti haqda belə de: "Bunlar insanlar üçün vaxt ölçüləridir, onlar bu aylar vasitəsi ilə həcc aylarının və orucun vaxtını, zəkatın bir ilin tamam olması kimi ibadət vaxtlarını və müamələ məsələlərində də qanbahası vermək və borcu qaytarmaq kimi müəyyən etdikləri vaxtları bilirlər". Həcc və ya ümrə ehram libasında olduqda -Cahiliyyət dövründə düşündüyünüz kimi- evlərə arxa tərəfdən daxil olmaq heç də yaxşı və xeyir əməl deyildir. Lakin həqiqi yaxşı əməl sahibi Allahdan gizlidə və aşkarda qorxan insandır. Evlərə qapılarından daxil olmaq sizin üçün daha rahatdır və məşəqqətdən uzaqdır. Çünki Allah sizi, çətin və məşəqqətli işlərlə mükəlləf etməmişdir. Saleh əməl edərək özünüzlə Allahın əzabı arasında sipər edin. Belə etsəniz bəlkə istədiyinizə nail olmaqla və qorxduğunuzdan nicat tapmaqla xoşbəxt olarsınız.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 2
- Söz sayı
- 27
- Mədinə müshəfi (604 səhifə)
- 29
- İndoPak müshəfi (610 səhifə)
- 29
- Nəsx müshəfi (612 səhifə)
- 30
Ayə 2:189 hansı surədədir?
Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.
Ayə 2:189 hansı cüzdədir?
Cüz: 2.
Ayə 2:189 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 29 · İndoPak müshəfi (610 səhifə): 29 · Nəsx müshəfi (612 səhifə): 30.
Ayə 2:189 neçə sözdən ibarətdir?
Söz sayı: 27.
Ayə 2:189 neçə ərəb hərfindən ibarətdir?
Ayə 2:189: 118 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 2:189 Quranda harada yerləşir?
Ayə 2:189 Quranın 6,236 ayəsindən 196 nömrəlisidir.
Bəqərə surəsi neçə ayədir?
Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.
Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?
Bəqərə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 2:189 dinlənilə bilərmi?
Bəli. Ayə 2:189 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.