Məzmuna keç

Bəqərə surəsi 2:220 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 220 nömrəli ayəsidir, Quranda 6236 ayədən 227 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 35.

فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۗ وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡيَتَٰمَىٰۖ قُلۡ إِصۡلَاحٞ لَّهُمۡ خَيۡرٞۖ وَإِن تُخَالِطُوهُمۡ فَإِخۡوَٰنُكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ ٱلۡمُفۡسِدَ مِنَ ٱلۡمُصۡلِحِۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَأَعۡنَتَكُمۡۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ

dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, (bilin ki,) onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edə bilir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir.

2:220 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:220 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:220

Al-Mukhtasar

Allah bunu, sizə dünyada və axirətdə fayda verən şeylər barədə fikirləşməniz üçün qanun etdi. Ey Peyğəmbər! Səhabələrin səndən yetimə baxmaq və onlarla necə rəftar etmək barəsində soruşurlar? Səndən: Yetimələrə pul xərclədikdə, onları yedizdirdikdə və onlar üçün yaşayış yeri təmin etdikdə onların mallarını öz mallarına qatsınlarmı -deyə soruşurlar? Onlara cavab olaraq de: "Yetimlərin malını qorumaq məqsədi ilə onlardan heç bir əvəz almadan, yaxud onların malını öz mallarınıza qatmadan çoxaltsanız, onların malını qorumağınız sizin üçün Allah yanında daha xeyirlidir və daha böyük savabdır". Əgər onların malını məişət, yaşayış yeri kimi və s. buna oxşar şeylərdə öz malınıza qatsanız, sizə günah olmaz, onlar sizin qardaşlarınızdır, qardaşlar isə biri-birinə kömək edər və biri-birinin ehtiyacını ödəyər. Allah, yetimə himayədarlıq edən kimsələrdən yetimin malına şərik olub onların malını zay edənləri də, onlara yaxşılıq edənləri də bilir. Əgər Allah yetimlərin malına görə sizi çətinləşdirmək istəsəydi, əlbəttə ki, çətinləşdirərdi. Lakin uca və pak olan Allah sizə yetimlərlə davranmaq yolunu asanlaşdırmışdır, çünki Allahın şəriəti asanlıq üzərində bina edilmişdir. Həqiqətən, Allah qüdrətlidir heç kim Ona qələbə çala bilməz və O, xəlq etməyində, işlərində və şəriətində hikmətlidir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
2
Söz sayı
26
Mədinə müshəfi (604 səhifə)
35
İndoPak müshəfi (610 səhifə)
35
Nəsx müshəfi (612 səhifə)
36
Ayə 2:220 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:220 hansı cüzdədir?

Cüz: 2.

Ayə 2:220 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 35 · İndoPak müshəfi (610 səhifə): 35 · Nəsx müshəfi (612 səhifə): 36.

Ayə 2:220 neçə sözdən ibarətdir?

Söz sayı: 26.

Ayə 2:220 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:220: 116 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:220 Quranda harada yerləşir?

Ayə 2:220 Quranın 6,236 ayəsindən 227 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:220 dinlənilə bilərmi?

Bəli. Ayə 2:220 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play