Məzmuna keç

Bəqərə surəsi 2:221 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 221 nömrəli ayəsidir, Quranda 6236 ayədən 228 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 35.

وَلَا تَنكِحُواْ ٱلۡمُشۡرِكَٰتِ حَتَّىٰ يُؤۡمِنَّۚ وَلَأَمَةٞ مُّؤۡمِنَةٌ خَيۡرٞ مِّن مُّشۡرِكَةٖ وَلَوۡ أَعۡجَبَتۡكُمۡۗ وَلَا تُنكِحُواْ ٱلۡمُشۡرِكِينَ حَتَّىٰ يُؤۡمِنُواْۚ وَلَعَبۡدٞ مُّؤۡمِنٌ خَيۡرٞ مِّن مُّشۡرِكٖ وَلَوۡ أَعۡجَبَكُمۡۗ أُوْلَٰٓئِكَ يَدۡعُونَ إِلَى ٱلنَّارِۖ وَٱللَّهُ يَدۡعُوٓاْ إِلَى ٱلۡجَنَّةِ وَٱلۡمَغۡفِرَةِ بِإِذۡنِهِۦۖ وَيُبَيِّنُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ

Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə (sizi) Öz izni ilə Cənnətə və bağışlanmağa çağırır. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.

2:221 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:221 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:221

Al-Mukhtasar

Ey möminlər! Allaha şərik qoşan qadınlar Tək Allaha iman gətirib, İslam dininə daxil olmayınca onlarla evlənməyin. Həqiqətən, Allaha və rəsuluna iman gətirmiş bir qul qadın, gözəlliyi və malı sizi heyran etmiş, bütlərə ibadət edən azad qadından daha xeyirlidir. Müsəlman qadınları müşrik kişilərə ərə verməyin. Həqiqətən, Allaha və rəsuluna iman gətirmiş bir kölə, sizi heyran edən azad müşrik bir kişidən daha xeyirlidir. Şirk ilə vəsf olunan - kişilər və qadınlar - kimsələr sözləri və əməlləri ilə sizi Cəhhənəmə daxil olmaqa sürükləyirlər. Allah isə sizi cənnətə aparan saleh əməllərə və Öz izni və lütfü ilə sizi günahlardan bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə onlar, dəlillərdən düşünüb ibrət alıb, əməl etsinlər.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
2
Söz sayı
39
Mədinə müshəfi (604 səhifə)
35
İndoPak müshəfi (610 səhifə)
35
Nəsx müshəfi (612 səhifə)
36
Ayə 2:221 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:221 hansı cüzdədir?

Cüz: 2.

Ayə 2:221 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 35 · İndoPak müshəfi (610 səhifə): 35 · Nəsx müshəfi (612 səhifə): 36.

Ayə 2:221 neçə sözdən ibarətdir?

Söz sayı: 39.

Ayə 2:221 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:221: 182 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:221 Quranda harada yerləşir?

Ayə 2:221 Quranın 6,236 ayəsindən 228 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:221 dinlənilə bilərmi?

Bəli. Ayə 2:221 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play