Məzmuna keç

Həcc surəsi 22:5 الحج

Bu, Həcc surəsinin 78 ayəsindən 5 nömrəli ayəsidir, Quranda 6236 ayədən 2600 nömrəlidir, cüz 17. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 332.

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي رَيۡبٖ مِّنَ ٱلۡبَعۡثِ فَإِنَّا خَلَقۡنَٰكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ مِن مُّضۡغَةٖ مُّخَلَّقَةٖ وَغَيۡرِ مُخَلَّقَةٖ لِّنُبَيِّنَ لَكُمۡۚ وَنُقِرُّ فِي ٱلۡأَرۡحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ نُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡلَا يَعۡلَمَ مِنۢ بَعۡدِ عِلۡمٖ شَيۡـٔٗاۚ وَتَرَى ٱلۡأَرۡضَ هَامِدَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡ وَأَنۢبَتَتۡ مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxta qədər saxlayırıq. Sonra sizi (oradan) uşaq olaraq çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və cürbəcür gözəl bitkilər bitirər.

22:5 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Həcc surəsi
0/78
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Həcc 22:5 0:00 0:00 Oxundu, davam et

Təfsir · 22:5

Al-Mukhtasar

Ey insanlar! Öldükdən sonra sizi yenidən diriltməyə qadir olduğumuza şübhə edirsinizsə elə isə ilk yaradılışınızı yada salıb, bir düşünün. Biz atanız Adəmi torpaqdan, onun zürriyyətindən gələn insanları isə kişinin qadının bətninə buraxdığı nütfədən yaratdıq. Bunun ardından həm nütfə laxtalanmış qana, daha sonra isə bu nütfə, çeynənmiş ət parçasına oxşar bir hala düşər. Sonra bu ət parçası tam bir şəkilə salınmış halda dünyaya göz açana qədər ana bətnində qalar. Bəzəndə tam bir şəkilə salınmamış halda ana bətni onu vaxtından əvvəl salar. Sizi mərhələli bir şəkildə yaratmağımızın hamısı qüdrətimizi sizə bəyan etmək üçündür. Biz bətnlərdəkiləri istədiyimizi müəyyən bir vaxt yetişənə qədər saxlayırıq. Bu müddət doqquz aydır. Sonra sizi analarınızın bətnindən uşaq olaraq doğurub çıxardırıq, sonra da sizi qüvvətin və ağılın ən kamillik həddinə qədər çatdırırıq. Sizdən bəziləri bu vaxt gəlmədən öncə vəfat edər, bəziləriniz də qüvvətinin və ağlının zəiflədiyi, ömrünün ən ixtiyar yaşına qədər yaşayar və vaxtilə bildiyi şeyləri tamamilə unudub körpə bir uşaq kimi olar. Sən yer üzünü cansız və bitkisi olmayan bir halda görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, cana gəlib, qabarar və cürbəcür gözəl mənzərəli bitkilər bitirir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
17
Söz sayı
69
Mədinə müshəfi (604 səhifə)
332
İndoPak müshəfi (610 səhifə)
332
Nəsx müshəfi (612 səhifə)
333
Ayə 22:5 hansı surədədir?

Həcc surəsi (الحج). Surə 22 / 114 · 78 ayə.

Ayə 22:5 hansı cüzdədir?

Cüz: 17.

Ayə 22:5 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 332 · İndoPak müshəfi (610 səhifə): 332 · Nəsx müshəfi (612 səhifə): 333.

Ayə 22:5 neçə sözdən ibarətdir?

Söz sayı: 69.

Ayə 22:5 neçə ərəb hərfindən ibarətdir?

Ayə 22:5: 260 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 22:5 Quranda harada yerləşir?

Ayə 22:5 Quranın 6,236 ayəsindən 2,600 nömrəlisidir.

Həcc surəsi neçə ayədir?

Həcc surəsi 78 ayədən ibarətdir. Quranda 114 surədən 22 nömrəlisidir.

Həcc surəsi Məkki, yoxsa Mədəni surədir?

Həcc surəsi Mədəni kimi təsnif olunur.

Ayə 22:5 dinlənilə bilərmi?

Bəli. Ayə 22:5 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Həcc surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 78 ayə və 1,274 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play