Hucurat surəsi 49:12 الحجرات
Bu, Hucurat surəsinin 18 ayəsindən 12 nömrəli ayəsidir, Quranda 6236 ayədən 4624 nömrəlidir, cüz 26. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 517.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱجۡتَنِبُواْ كَثِيرٗا مِّنَ ٱلظَّنِّ إِنَّ بَعۡضَ ٱلظَّنِّ إِثۡمٞۖ وَلَا تَجَسَّسُواْ وَلَا يَغۡتَب بَّعۡضُكُم بَعۡضًاۚ أَيُحِبُّ أَحَدُكُمۡ أَن يَأۡكُلَ لَحۡمَ أَخِيهِ مَيۡتٗا فَكَرِهۡتُمُوهُۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ تَوَّابٞ رَّحِيمٞ
Ey iman gətirənlər! Zənnin çoxundan çəkinin. Çünki zənnin bəzisi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?! Bu sizdə ikrah hissi oyadır. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.
49:12 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 49:12
Al-Mukhtasar
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Heç bir dəlilə və sübuta əsaslanmayan ittihamlardan üzaq durun. Həqiqətən də, zənn edilənlərin bir qismi - məsələn, zahirən əməlisaleh görünən birisi barədə pis zənn etmək günahdır. Möminləri güdüb onların eyiblərini araşdırmayın. Sizlərdən heç biri mömin qardaşının barəsində onun xoşuna gəlmədiyi bir sözü danışmasın. Çünki onun barəsində xoşuna gəlmədiyi bir sözü danışmaq, onun ölmüş ətini yeməyə bənzəyir. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Elə isə onun qeybətini qırmağa nifrət edin, çünki bu, onun ölmüş ətini yeməyə bənzəyir. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun! Həqiqətən, Allah Öz qullarından tövbə edənlərin tövbəsini qəbul edər və onlara rəhm edər.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 26
- Söz sayı
- 31
- Mədinə müshəfi (604 səhifə)
- 517
- İndoPak müshəfi (610 səhifə)
- 517
- Nəsx müshəfi (612 səhifə)
- 518
Ayə 49:12 hansı surədədir?
Hucurat surəsi (الحجرات). Surə 49 / 114 · 18 ayə.
Ayə 49:12 hansı cüzdədir?
Cüz: 26.
Ayə 49:12 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 517 · İndoPak müshəfi (610 səhifə): 517 · Nəsx müshəfi (612 səhifə): 518.
Ayə 49:12 neçə sözdən ibarətdir?
Söz sayı: 31.
Ayə 49:12 neçə ərəb hərfindən ibarətdir?
Ayə 49:12: 129 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 49:12 Quranda harada yerləşir?
Ayə 49:12 Quranın 6,236 ayəsindən 4,624 nömrəlisidir.
Hucurat surəsi neçə ayədir?
Hucurat surəsi 18 ayədən ibarətdir. Quranda 114 surədən 49 nömrəlisidir.
Hucurat surəsi Məkki, yoxsa Mədəni surədir?
Hucurat surəsi Mədəni kimi təsnif olunur.
Ayə 49:12 dinlənilə bilərmi?
Bəli. Ayə 49:12 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Hucurat surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 18 ayə və 347 söz, həmin mətndən yaradılır.