Məzmuna keç
Ayə-ayə

Surə haqqında

İnşiqaq surəsi Quranda 84 nömrəli surədir, Məkki kimi təsnif olunur və 25 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 589.

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

  1. إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ

    Göy yarılacağı

  2. وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ

    və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

  3. وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ

    Yer dümdüz ediləcəyi,

  4. وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ

    içindəkiləri (kənara) atıb boşalacağı

  5. وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ

    və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

  6. يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحٗا فَمُلَٰقِيهِ

    Ey insan! Sən səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!

  7. فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ

    Kimin kitabı sağ əlinə veriləcəksə,

  8. فَسَوۡفَ يُحَاسَبُ حِسَابٗا يَسِيرٗا

    o, yüngül haqq-hesaba çəkiləcək

  9. وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورٗا

    və ailəsinə sevinərək dönəcək!

  10. وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ

    Kimin kitabı arxa tərəfindən (sol əlinə) veriləcəksə,

  11. فَسَوۡفَ يَدۡعُواْ ثُبُورٗا

    o (özünə) ölüm diləyəcək

  12. وَيَصۡلَىٰ سَعِيرًا

    və alovlu atəşə atılacaq!

  13. إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا

    O, (dünyada ikən) ailəsində sevinc içində idi

  14. إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ

    Çünki o heç bir zaman (Rəbbinin hüzuruna) qayıtmayacağını zənn edirdi.

  15. بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرٗا

    Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.

  16. فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ

    And içirəm şəfəqə,

  17. وَٱلَّيۡلِ وَمَا وَسَقَ

    Gecəyə və (gecənin) ağuşuna aldıqlarına,

  18. وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ

    bədirlənmiş aya!

  19. لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٖ

    (Ey insanlar!) Siz mütləq haldan-hala düşəcəksiniz.

  20. فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ

    Onlara nə olub ki, iman gətirmirlər?

  21. وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ ۩

    Onlara Quran oxunduqda səcdə etmirlər?

  22. بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ

    Əksinə, küfr edənlər (haqqı) yalan sayırlar.

  23. وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ

    Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!

  24. فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ

    Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ!

  25. إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ

    İman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat vardır.

0/25
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy İnşiqaq 0:00 0:00

Müshəfdə İnşiqaq surəsi

Nazil olması
Məkki
Cüz
30
Söz sayı
107
Mədinə müshəfi (604 səhifə)
589
İndoPak müshəfi (610 səhifə)
594-595
Nəsx müshəfi (612 səhifə)
595-596

21 nömrəli ayədə Mədinə müshəfində səcdə işarəsi var.

İnşiqaq surəsi haqqında suallar

İnşiqaq surəsi neçə ayədir?

İnşiqaq surəsi 25 ayədən ibarətdir. Quranda 114 surədən 84 nömrəlisidir.

İnşiqaq surəsi hansı cüzdədir?

İnşiqaq surəsi: cüz 30 (30 cüzdən).

İnşiqaq surəsi Məkki, yoxsa Mədəni surədir?

İnşiqaq surəsi Məkki kimi təsnif olunur.

İnşiqaq surəsi hansı səhifədədir?

İnşiqaq surəsi Mədinə müshəfində (604 səhifə): 589. İndoPak müshəfində (610 səhifə): 594-595. Nəsx müshəfində (612 səhifə): 595-596.

İnşiqaq surəsi neçə sözdən ibarətdir?

İnşiqaq surəsi: 107 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.

İnşiqaq surəsi neçə ərəb hərfindən ibarətdir?

İnşiqaq surəsi: 440 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

İnşiqaq surəsi Quranda harada yerləşir?

İnşiqaq surəsi Quranın 6,236 ayəsi içərisində 5,885 nömrəli ayədən 5,909 nömrəli ayəyə qədər uzanır.

İnşiqaq surəsində səcdə ayəsi varmı?

Bəli. Mədinə müshəfində İnşiqaq surəsində səcdə işarəsi olan ayələr: 21.

İnşiqaq surəsi dinlənilə bilərmi?

Bəli. İnşiqaq surəsinin 25 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

İnşiqaq surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 25 ayə və 107 söz, həmin mətndən yaradılır.

İnşiqaq surəsini dinlə

Quran qariləri

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play