Məzmuna keç
Ayə-ayə

Surə haqqında

Mütəffifin surəsi Quranda 83 nömrəli surədir, Məkki kimi təsnif olunur və 36 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 587.

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

  1. وَيۡلٞ لِّلۡمُطَفِّفِينَ

    Çəkidə və ölçüdə aldadanların vay halına!

  2. ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ

    O kəslər ki, insanlardan (bir şey) alıb ölçdükləri zaman (onu) tam ölçərlər.

  3. وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ

    Onlar üçün bir şey ölçdükləri və ya çəkdikləri zaman (onu) əskildərlər.

  4. أَلَا يَظُنُّ أُوْلَٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ

    Məgər onlar (öldükdən sonra) diriləcəklərini zənn etmirlərmi?!

  5. لِيَوۡمٍ عَظِيمٖ

    (Özü də) əzəmətli bir gündə.

  6. يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ

    O gün insanlar aləmlərin Rəbbi üçün (qəbirlərindən) qalxacaqlar!

  7. كـَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينٖ

    Xeyr! Günahkarların kitabı Siccindədir.

  8. وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينٞ

    Sən nə biləsən ki, Siccin nədir?!

  9. كِتَٰبٞ مَّرۡقُومٞ

    O, yazılı bir kitabdır!

  10. وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

    O gün (Qiyaməti) yalan sayanların vay halına!

  11. ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ

    O kəslər ki, Din gününü yalan sayarlar.

  12. وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ

    Bunu həddi aşan günahkardan başqa heç kəs yalan saymaz.

  13. إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ

    Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əfsanələridir!”– deyər.

  14. كـَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ

    Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.

  15. كـَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذٖ لَّمَحۡجُوبُونَ

    Xeyr, o gün onlarla Rəbbi arasına pərdə çəkiləcəkdir!

  16. ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ

    Sonra onlar Cəhənnəmə girəcəklər.

  17. ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ

    Sonra onlara: “Budur sizin yalan saydığınız (Cəhənnəm)!”– deyiləcəkdir.

  18. كـَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ

    Xeyr! Yaxşıların kitabı İlliyyundadır!

  19. وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ

    Sən nə biləsən ki, İlliyyun nədir?!

  20. كِتَٰبٞ مَّرۡقُومٞ

    O, yazılı bir kitabdır!

  21. يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ

    Ona, Allaha yaxın olanlar (mələklər) şahid olar.

  22. إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ

    Həqiqətən, yaxşılar nemət içində olacaqlar.

  23. عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ

    Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.

  24. تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ

    Sən onların üzündə nemətlərin sevincini görəcəksən.

  25. يُسۡقَوۡنَ مِن رَّحِيقٖ مَّخۡتُومٍ

    Onlara möhürlü (əl dəyməmiş) şərabdan içirdiləcəkdir.

  26. خِتَٰمُهُۥ مِسۡكٞۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ

    Onun sonu müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!

  27. وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ

    Onun qatışığı təsnimdəndir (təsnim bulağındandır).

  28. عَيۡنٗا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ

    O elə bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.

  29. إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ

    Günahkarlar (dünyada) iman gətirənlərə gülürdülər.

  30. وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ

    Onların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər.

  31. وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ

    Ailələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar.

  32. وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ

    Onları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər.

  33. وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ

    Halbuki onlar möminlərə gözətçi göndərilməmişdilər.

  34. فَٱلۡيَوۡمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلۡكُفَّارِ يَضۡحَكُونَ

    Bu gün (Qiyamət günü) isə iman gətirənlər kafirlərə güləcəklər.

  35. عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ

    Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.

  36. هَلۡ ثُوِّبَ ٱلۡكُفَّارُ مَا كَانُواْ يَفۡعَلُونَ

    Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!

0/36
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Mütəffifin 0:00 0:00

Müshəfdə Mütəffifin surəsi

Nazil olması
Məkki
Cüz
30
Söz sayı
169
Mədinə müshəfi (604 səhifə)
587-589
İndoPak müshəfi (610 səhifə)
592-594
Nəsx müshəfi (612 səhifə)
593-595

Mütəffifin surəsi haqqında suallar

Mütəffifin surəsi neçə ayədir?

Mütəffifin surəsi 36 ayədən ibarətdir. Quranda 114 surədən 83 nömrəlisidir.

Mütəffifin surəsi hansı cüzdədir?

Mütəffifin surəsi: cüz 30 (30 cüzdən).

Mütəffifin surəsi Məkki, yoxsa Mədəni surədir?

Mütəffifin surəsi Məkki kimi təsnif olunur.

Mütəffifin surəsi hansı səhifədədir?

Mütəffifin surəsi Mədinə müshəfində (604 səhifə): 587-589. İndoPak müshəfində (610 səhifə): 592-594. Nəsx müshəfində (612 səhifə): 593-595.

Mütəffifin surəsi neçə sözdən ibarətdir?

Mütəffifin surəsi: 169 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.

Mütəffifin surəsi neçə ərəb hərfindən ibarətdir?

Mütəffifin surəsi: 748 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Mütəffifin surəsi Quranda harada yerləşir?

Mütəffifin surəsi Quranın 6,236 ayəsi içərisində 5,849 nömrəli ayədən 5,884 nömrəli ayəyə qədər uzanır.

Mütəffifin surəsində səcdə ayəsi varmı?

Xeyr. Mütəffifin surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.

Mütəffifin surəsi dinlənilə bilərmi?

Bəli. Mütəffifin surəsinin 36 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Mütəffifin surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 36 ayə və 169 söz, həmin mətndən yaradılır.

Mütəffifin surəsini dinlə

Quran qariləri

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play