Məzmuna keç

İsra surəsi 17:60 الإسراء

Bu, İsra surəsinin 111 ayəsindən 60 nömrəli ayəsidir, Quranda 6236 ayədən 2089 nömrəlidir, cüz 15. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 288.

وَإِذۡ قُلۡنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِٱلنَّاسِۚ وَمَا جَعَلۡنَا ٱلرُّءۡيَا ٱلَّتِيٓ أَرَيۡنَٰكَ إِلَّا فِتۡنَةٗ لِّلنَّاسِ وَٱلشَّجَرَةَ ٱلۡمَلۡعُونَةَ فِي ٱلۡقُرۡءَانِۚ وَنُخَوِّفُهُمۡ فَمَا يَزِيدُهُمۡ إِلَّا طُغۡيَٰنٗا كَبِيرٗا

Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (zəqqum adlı) ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır.

17:60 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir İsra surəsi
0/111
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy İsra 17:60 0:00 0:00 Oxundu, davam et

Təfsir · 17:60

Al-Mukhtasar

Ey Peyğəmbər! Bir zaman Biz sənə: "Rəbbin bütün insanları qüdrəti ilə əhatə etmişdir, onların hamısı Rəbbinin ovcunun içindədir, Allah səni onlardan mühafizə edəcəkdir. Elə isə onlardan çəkinmədən Allahın sənə təbliğ etməyi əmr etdiyini insanlara təbliğ edərək, onlara çatdır!"– dediyimizi xatırla. Biz İsra gecəsi sənə göstərdiyimizi yalnız, insanlar sənə iman edəcəklər, yoxsa səni təkzibmi edəcəklər, deyə onlar üçün bir imtahan etdik. Quranda lənətlənmiş, Cəhənnəmin dibindən çıxan zəqqum adlı ağacı insanlar üçün imthan etdik. Əgər onlar bu iki əzəmətli möcüzəyə inanmazlarsa, bu ikisindən başqa digər mövcüzələrə də əsla inanmayacaqlar. Biz bu möcüzələri endirməklə onları qorxuduruq, lakin onları qorxutmaq üçün nazil etdiyimiz möcüzələr, ancaq onların küfrlərini və azğınlıqlarını bir daha da artırır!

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
15
Söz sayı
25
Mədinə müshəfi (604 səhifə)
288
İndoPak müshəfi (610 səhifə)
287
Nəsx müshəfi (612 səhifə)
288
Ayə 17:60 hansı surədədir?

İsra surəsi (الإسراء). Surə 17 / 114 · 111 ayə.

Ayə 17:60 hansı cüzdədir?

Cüz: 15.

Ayə 17:60 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 288 · İndoPak müshəfi (610 səhifə): 287 · Nəsx müshəfi (612 səhifə): 288.

Ayə 17:60 neçə sözdən ibarətdir?

Söz sayı: 25.

Ayə 17:60 neçə ərəb hərfindən ibarətdir?

Ayə 17:60: 112 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 17:60 Quranda harada yerləşir?

Ayə 17:60 Quranın 6,236 ayəsindən 2,089 nömrəlisidir.

İsra surəsi neçə ayədir?

İsra surəsi 111 ayədən ibarətdir. Quranda 114 surədən 17 nömrəlisidir.

İsra surəsi Məkki, yoxsa Mədəni surədir?

İsra surəsi Məkki kimi təsnif olunur.

Ayə 17:60 dinlənilə bilərmi?

Bəli. Ayə 17:60 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

İsra surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 111 ayə və 1,556 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play