Maidə surəsi 5:44 المائدة
Bu, Maidə surəsinin 120 ayəsindən 44 nömrəli ayəsidir, Quranda 6236 ayədən 713 nömrəlidir, cüz 6. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 115.
إِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدٗى وَنُورٞۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ وَٱلرَّبَّٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ بِمَا ٱسۡتُحۡفِظُواْ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُواْ عَلَيۡهِ شُهَدَآءَۚ فَلَا تَخۡشَوُاْ ٱلنَّاسَ وَٱخۡشَوۡنِ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗاۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ
Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı nazil etdik. Özlərini (Allaha) təslim edən peyğəmbərlər bununla yəhudilər arasında hökm edərdilər. Din xadimləri və elm adamları isə Allahın kitabından qorunub saxlanılanlarla hökm verərdilər. Onlar buna şahiddirlər. Elə isə insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər.
5:44 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 5:44
Al-Mukhtasar
Həqiqətən, Tövratı Musaya - əleyhissalam - Biz nazil etdik. Orada xeyirə yönəldən doğru yol və işıq saçan nur vardır. Allaha itaətlə boyun əyən İsrail oğullarının peyğəmbərləri və insanları, Allah, Öz kitabında qorunub saxladığı hökmlərlə tərbiyə edən din xadimləri və fəqihlər onunla hökm verərdilər. Allah onları kitaba təhrif və dəyişiklik etməkdən qorumaları üçün etibarlı insanlar etmişdir. Onlar bu kitabın haqq bir kitab olmasına şahiddirlər və insanlar da bu kitab barədə bilgi almaq istədikdə onlara müraciət edirdilər. Ey Yəhudilər! İnsanlardan qorxmayın, tək Məndən qorxun! Allahın nazil etdiyi ilə hökmü verməyi başçılıq, şan-şöhrət və mal-dövlət kimi ucuz qiymətə dəyişməyin. Allahın nazil etdiyi vəhy ilə hökm verməməsini özünə halal görən yaxud başqa hökmləri Allahın hökmündən üstün, yaxud Allahın hökmünə bərabər tutaraq Allahın nazil etdiyi ilə hökm etməyənlər, kafirdirlər.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 6
- Söz sayı
- 41
- Mədinə müshəfi (604 səhifə)
- 115
- İndoPak müshəfi (610 səhifə)
- 115
- Nəsx müshəfi (612 səhifə)
- 116
Ayə 5:44 hansı surədədir?
Maidə surəsi (المائدة). Surə 5 / 114 · 120 ayə.
Ayə 5:44 hansı cüzdədir?
Cüz: 6.
Ayə 5:44 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 115 · İndoPak müshəfi (610 səhifə): 115 · Nəsx müshəfi (612 səhifə): 116.
Ayə 5:44 neçə sözdən ibarətdir?
Söz sayı: 41.
Ayə 5:44 neçə ərəb hərfindən ibarətdir?
Ayə 5:44: 192 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 5:44 Quranda harada yerləşir?
Ayə 5:44 Quranın 6,236 ayəsindən 713 nömrəlisidir.
Maidə surəsi neçə ayədir?
Maidə surəsi 120 ayədən ibarətdir. Quranda 114 surədən 5 nömrəlisidir.
Maidə surəsi Məkki, yoxsa Mədəni surədir?
Maidə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 5:44 dinlənilə bilərmi?
Bəli. Ayə 5:44 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Maidə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 120 ayə və 2,804 söz, həmin mətndən yaradılır.