Məzmuna keç

Maidə surəsi 5:64 المائدة

Bu, Maidə surəsinin 120 ayəsindən 64 nömrəli ayəsidir, Quranda 6236 ayədən 733 nömrəlidir, cüz 6. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 118.

وَقَالَتِ ٱلۡيَهُودُ يَدُ ٱللَّهِ مَغۡلُولَةٌۚ غُلَّتۡ أَيۡدِيهِمۡ وَلُعِنُواْ بِمَا قَالُواْۘ بَلۡ يَدَاهُ مَبۡسُوطَتَانِ يُنفِقُ كَيۡفَ يَشَآءُۚ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۚ وَأَلۡقَيۡنَا بَيۡنَهُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۚ كُلَّمَآ أَوۡقَدُواْ نَارٗا لِّلۡحَرۡبِ أَطۡفَأَهَا ٱللَّهُۚ وَيَسۡعَوۡنَ فِي ٱلۡأَرۡضِ فَسَادٗاۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ

Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Dedikləri bu sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilə. Əksinə, (Allahın) hər iki əli açıqdır, (Öz lütfündən) istədiyi kimi infaq edər. Rəbbindən sənə nazil edilən (kitab) onlardan çoxunun azğınlığını və küfrünü artırar. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda, Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz!

5:64 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Maidə surəsi
0/120
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Maidə 5:64 0:00 0:00 Oxundu, davam et

Təfsir · 5:64

Al-Mukhtasar

Yəhudilərə çətinlik və quraqlıq baş verdikdə dedilər: "Allahın əli xeyir və əta bəxş etməkdən bağlıdır, Özündə olandan biz vermir!" Agah olun ki, dedikləri bu sözə görə onların öz əlləri xeyir əməl görməkdən və əta etməkdən bağlandı və Allahın rəhmətindən qovuldular! Əksinə, Uca və Pak olan Allahın hər iki əli xeyir və əta bəxş etməklə açıqdır, O, istədiyi kimi sərf edir. Allah istədiyi bəndənin ruzisini bol edir, istədiyininkini də azaldır. Onu bu işdən mane olan və ya məcbur edən kimsə yoxdur. Ey Peyğəmbər! Yəhudilər qəlblərindəki həsəd üzündən sənə nazil edilən onların hədlərini aşmağı və küfrünü artırar. Biz yəhudi tayfalarının arasına ədavət və kin saldıq. Onlar hər dəfə müharibə üçün cəm olub, döyüş hazırlığı gördükdə yaxud müharibə alovunu yandırmaq istədikdə, Allah onların toplumunu dağıtmış, qüvvələrini isə məhv etmişdir. Onlar daima İslamı məhv edib ona qarşı hiylə işlətməyə çalışaraq yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz!

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
6
Söz sayı
47
Mədinə müshəfi (604 səhifə)
118
İndoPak müshəfi (610 səhifə)
119
Nəsx müshəfi (612 səhifə)
120
Ayə 5:64 hansı surədədir?

Maidə surəsi (المائدة). Surə 5 / 114 · 120 ayə.

Ayə 5:64 hansı cüzdədir?

Cüz: 6.

Ayə 5:64 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 118 · İndoPak müshəfi (610 səhifə): 119 · Nəsx müshəfi (612 səhifə): 120.

Ayə 5:64 neçə sözdən ibarətdir?

Söz sayı: 47.

Ayə 5:64 neçə ərəb hərfindən ibarətdir?

Ayə 5:64: 215 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 5:64 Quranda harada yerləşir?

Ayə 5:64 Quranın 6,236 ayəsindən 733 nömrəlisidir.

Maidə surəsi neçə ayədir?

Maidə surəsi 120 ayədən ibarətdir. Quranda 114 surədən 5 nömrəlisidir.

Maidə surəsi Məkki, yoxsa Mədəni surədir?

Maidə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 5:64 dinlənilə bilərmi?

Bəli. Ayə 5:64 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Maidə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 120 ayə və 2,804 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play