Müddəssir surəsi 74:31 المدثر
Bu, Müddəssir surəsinin 56 ayəsindən 31 nömrəli ayəsidir, Quranda 6236 ayədən 5526 nömrəlidir, cüz 29. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 576.
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını kafirlər üçün bir sınaq olması, özlərinə Kitab verilənlərə yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməməsi və qəlblərində xəstəlik olanların və kafirlərin: “Allah bu məsəllə nə demək istəyir?”– demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Rəbbinin qoşunlarını yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir öyüd-nəsihətdir.
74:31 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 74:31
Al-Mukhtasar
Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Bəşər övladının onlara gücü çatmaz. Biz o mələklərin sayını on doqquz etdik ki, bu, Allaha küfr edən kəslər üçün bir sınaq olsun, onlar deyəcəklərini desinlər, beləliklə də, əzabları qat-qat artsın, habelə, özlərinə Tövrat verilmiş yəhudilər, eləcə də, özlərinə İncil verilmiş nəsranilər öz kitablarında deyilənləri təsdiqləyən Quran nazil edildikdə, yəqinlik hasil etsinlər, üstəlik, Kitab əhli möminlərin əməlinə uyğun hərəkət etdikdə möminlərin imanı artsın, yəhudilər, nəsranilər və möminlər haqqa şübhə etməsinlər və imanlarında tərəddüd edən kəslər və kafirlər desinlər: "Allah bu məsəllə nə demək istəyir?" Bu sayı inkar edən kimsənin azması və onu təsdiqləyən kimsənin doğru yola gəlməsi kimi, Allah dilədiyi kimsəni azdırır, dilədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunlarının sayı o qədər çoxdur ki, onu yalnız pak və müqəddəs olan Rəbbin bilir. Cəhənnəm, bəşər övladı üçün bir xatırlama olub, beləliklə də insanlar, onun sayəsində Uca Allahın əzəmətini başa düşürlər.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 29
- Söz sayı
- 57
- Mədinə müshəfi (604 səhifə)
- 576
- İndoPak müshəfi (610 səhifə)
- 579
- Nəsx müshəfi (612 səhifə)
- 580
Ayə 74:31 hansı surədədir?
Müddəssir surəsi (المدثر). Surə 74 / 114 · 56 ayə.
Ayə 74:31 hansı cüzdədir?
Cüz: 29.
Ayə 74:31 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 576 · İndoPak müshəfi (610 səhifə): 579 · Nəsx müshəfi (612 səhifə): 580.
Ayə 74:31 neçə sözdən ibarətdir?
Söz sayı: 57.
Ayə 74:31 neçə ərəb hərfindən ibarətdir?
Ayə 74:31: 245 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 74:31 Quranda harada yerləşir?
Ayə 74:31 Quranın 6,236 ayəsindən 5,526 nömrəlisidir.
Müddəssir surəsi neçə ayədir?
Müddəssir surəsi 56 ayədən ibarətdir. Quranda 114 surədən 74 nömrəlisidir.
Müddəssir surəsi Məkki, yoxsa Mədəni surədir?
Müddəssir surəsi Məkki kimi təsnif olunur.
Ayə 74:31 dinlənilə bilərmi?
Bəli. Ayə 74:31 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Müddəssir surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 56 ayə və 255 söz, həmin mətndən yaradılır.