Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
Surə haqqında
Müddəssir surəsi Quranda 74 nömrəli surədir, Məkki kimi təsnif olunur və 56 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 575.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
يَٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
Ey (libasına) sarınan (Peyğəmbər)!
قُمۡ فَأَنذِرۡ
Qalx (insanları) xəbərdar et!
وَرَبَّكَ فَكَبِّرۡ
Rəbbini uca tut!
وَثِيَابَكَ فَطَهِّرۡ
Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)
وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ
Pis şeyləri tərk et! (Bütlərə ibadət etməkdən uzaq dur!)
وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ
Çox görərək minnət qoyma. (Yaxşılığı təmənna məqsədilə etmə!)
وَلِرَبِّكَ فَٱصۡبِرۡ
Rəbbin üçün səbir et!
فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ
Sura üfürüləcəyi zaman,
فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ
O gün çətin bir gün olacaqdır.
عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ
(Həmin gün) kafirlərə asan olmayacaqdır.
ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
(Ey Peyğəmbər! Anasının bətnində heç bir mal-dövləti və övladı olmadığı halda) tək olaraq yaratdığım kimsəni (Valid ibn Müğiranı) Mənə burax.
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
Mən ona çoxlu var-dövlət bəxş etdim,
وَبَنِينَ شُهُودٗا
Hər zaman yanında olan oğullar (verdim),
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
onu hər cür imkanlarla təmin etdim.
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
(Buna rəğmən) o, yenə də (ona verilən nemətləri) artırmağımı istəyir.
كـَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
Xeyr! Çünki o, ayələrimizə qarşı inadkarlıq edirdi.
سَأُرۡهِقُهُۥ صَعُودًا
Mən onu məşəqqətli bir əzaba sürükləyəcəyəm.
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
Çünki o, (Quran barədə nə deyəcəyini) fikirləşdi və qərar verdi.
فَقُتِلَ كَيۡفَ قَدَّرَ
Ona ölüm olsun! Necə qərar verdi?!
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
Sonra ona ölüm olsun! Necə qərar verdi?!
ثُمَّ نَظَرَ
Sonra nəzər saldı.
ثُمَّ عَبَسَ وَبَسَرَ
Sonra (Qurana tənə etməyə bir şey tapmadıqda) üz-gözünü turşudub, qaşqabağını tökdü.
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
Sonra da arxasını çevirib təkəbbürlük göstərdi.
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
və dedi: “Bu, (sehrbazlardan) eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
Bu, insan kəlamından başqa bir şey deyildir".
سَأُصۡلِيهِ سَقَرَ
Mən onu Səqərə (Cəhənnəmə) salacağam.
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
(Ey Peyğəmbər!) Sən nə biləsən ki, Səqər nədir?!
لَا تُبۡقِي وَلَا تَذَرُ
O (kimsəni sağ) qoymaz, (salamat) buraxmaz!
لَوَّاحَةٞ لِّلۡبَشَرِ
dərini yandırıb-yaxar.
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
Onun üzərində on doqquz (gözətçi mələk) var.
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını kafirlər üçün bir sınaq olması, özlərinə Kitab verilənlərə yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməməsi və qəlblərində xəstəlik olanların və kafirlərin: “Allah bu məsəllə nə demək istəyir?”– demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Rəbbinin qoşunlarını yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir öyüd-nəsihətdir.
كـَلَّا وَٱلۡقَمَرِ
Xeyr! And olsun aya!
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
And olsun dönüb gedən gecəyə!
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
And olsun ağarmaqda olan sübh çağına!
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
Doğrudan da o (Səqər) böyük bir bəladır.
نَذِيرٗا لِّلۡبَشَرِ
(O) insanlar üçün xəbərdarlıqdır.
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
Sizlərdən (yaxşı işlər görüb) irəli getmək və ya (günah edib) geriyə qalmaq istəyənlər üçün.
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
Hər kəs etdiyi əməlin girovudur.
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
Yalnız sağ tərəf sahiblərindən başqa.
فِي جَنَّٰتٖ يَتَسَآءَلُونَ
Onlar cənnətlərdə bir-birlərindən soruşacaqlar –
عَنِ ٱلۡمُجۡرِمِينَ
günahkarlar barəsində.
مَا سَلَكَكُمۡ فِي سَقَرَ
Sizi Səqərə salan nədir?
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
Miskini də yedizdirməzdik.
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
Batilə dalanlarla birlikdə biz də dalardıq,
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
Haqq-hesab gününü yalan hesab edərdik –
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
ölüm bizə gələnə qədər”.
فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ
Şəfaətçilərin şəfaəti onlara fayda verməz.
فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ
Onlara nə olub ki, öyüd-nəsihətdən (Qurandan) üz döndərirlər?
كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ
Onlar sanki ürküdülmüş (vəhşi) uzunqulaqlardır.
فَرَّتۡ مِن قَسۡوَرَةِۭ
Ovçulardan (yaxud aslandan) hürküb qaçırlar.
بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ
Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin (məhz) ona verilməsini istəyir.
كـَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ
Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.
كـَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ
Xeyr! Bu (Quran) bir öyüd-nəsihətdir.
فَمَن شَآءَ ذَكَرَهُۥ
İstəyən ondan öyüd alar.
وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ
(Bilin ki,) Allah istəmədikcə onlar öyüd-nəsihət ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Müshəfdə Müddəssir surəsi
- Nazil olması
- Məkki
- Cüz
- 29
- Söz sayı
- 255
- Mədinə müshəfi (604 səhifə)
- 575-577
- İndoPak müshəfi (610 səhifə)
- 578-580
- Nəsx müshəfi (612 səhifə)
- 579-581
Müddəssir surəsi haqqında suallar
Müddəssir surəsi neçə ayədir?
Müddəssir surəsi 56 ayədən ibarətdir. Quranda 114 surədən 74 nömrəlisidir.
Müddəssir surəsi hansı cüzdədir?
Müddəssir surəsi: cüz 29 (30 cüzdən).
Müddəssir surəsi Məkki, yoxsa Mədəni surədir?
Müddəssir surəsi Məkki kimi təsnif olunur.
Müddəssir surəsi hansı səhifədədir?
Müddəssir surəsi Mədinə müshəfində (604 səhifə): 575-577. İndoPak müshəfində (610 səhifə): 578-580. Nəsx müshəfində (612 səhifə): 579-581.
Müddəssir surəsi neçə sözdən ibarətdir?
Müddəssir surəsi: 255 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.
Müddəssir surəsi neçə ərəb hərfindən ibarətdir?
Müddəssir surəsi: 1,026 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Müddəssir surəsi Quranda harada yerləşir?
Müddəssir surəsi Quranın 6,236 ayəsi içərisində 5,496 nömrəli ayədən 5,551 nömrəli ayəyə qədər uzanır.
Müddəssir surəsində səcdə ayəsi varmı?
Xeyr. Müddəssir surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.
Müddəssir surəsi dinlənilə bilərmi?
Bəli. Müddəssir surəsinin 56 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Müddəssir surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 56 ayə və 255 söz, həmin mətndən yaradılır.
Müddəssir surəsini dinlə
- Mishary Alafasy مشاري العفاسي Həfs ən AsimMurattal
- AbdulBaset (Murattal) عبدالباسط عبدالصمد Həfs ən AsimMurattal
- AbdulBaset AbdulSamad عبدالباسط عبدالصمد Həfs ən AsimMujawwad
- Minshawi (Murattal) محمد صديق المنشاوي Həfs ən AsimMurattal
- As-Sudais عبدالرحمن السديس Həfs ən AsimMurattal
- Abu Bakr ash-Shatri أبو بكر الشاطري Həfs ən AsimMurattal