Nisa surəsi 4:24 النساء
Bu, Nisa surəsinin 176 ayəsindən 24 nömrəli ayəsidir, Quranda 6236 ayədən 517 nömrəlidir, cüz 5. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 82.
۞ وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۖ كِتَٰبَ ٱللَّهِ عَلَيۡكُمۡۚ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمۡ أَن تَبۡتَغُواْ بِأَمۡوَٰلِكُم مُّحۡصِنِينَ غَيۡرَ مُسَٰفِحِينَۚ فَمَا ٱسۡتَمۡتَعۡتُم بِهِۦ مِنۡهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا تَرَٰضَيۡتُم بِهِۦ مِنۢ بَعۡدِ ٱلۡفَرِيضَةِۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا
Sahib olduğunuz cariyələr müstəsna olmaqla, evli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqası ilə, nikah bağlamaqla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək (mehrlərini verərək) evlənməyiniz (qadınlar) sizə halal edildi. (Evləndiyiniz) qadınlardan zövq aldığınıza görə, onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
4:24 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 4:24
Al-Mukhtasar
Allah yolunda cihad edərkən əsir götürüb sahib olduğunuz cariyələr istisna olmaqla, evli qadınlarla nikah bağlamaq sizə haram edildi. Sizə, bu cariyələrə, bətnlərinin hamiləlikdən təmiz olduğunu bilmək üçün bir heyz müddəti gözlədikdən sonra yaxınlıq etmək halaldır. Allah bu gözləmə müddətini sizə fərz olaraq buyurmuşdur. Allah, bu qadınlardan başqası ilə, zinakarlıq etmədən, mallarınızı sərf edərək nəfsinizi haramdan qoruyub halal ilə kifayətlənib evləndiyiniz qadınları sizə halal etdi. Nikah bağlayaraq evləndiyiniz qadınlardan zövq aldığınıza görə, onlara, Allahın sizə vacib fərz buyurmuş mehrlərini verin. Bu vacib mehri müəyyən edildikdən sonra öz aranızda mehrin bir az çox və ya bir az az olması barədə razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah məxluqatından hər şeyi biləndir, Ona heç bir şey gizli qalmaz, işlərində və şəri hökmlərində hikmət sahibidir!
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 5
- Söz sayı
- 42
- Mədinə müshəfi (604 səhifə)
- 82
- İndoPak müshəfi (610 səhifə)
- 82
- Nəsx müshəfi (612 səhifə)
- 83
Ayə 4:24 hansı surədədir?
Nisa surəsi (النساء). Surə 4 / 114 · 176 ayə.
Ayə 4:24 hansı cüzdədir?
Cüz: 5.
Ayə 4:24 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 82 · İndoPak müshəfi (610 səhifə): 82 · Nəsx müshəfi (612 səhifə): 83.
Ayə 4:24 neçə sözdən ibarətdir?
Söz sayı: 42.
Ayə 4:24 neçə ərəb hərfindən ibarətdir?
Ayə 4:24: 180 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 4:24 Quranda harada yerləşir?
Ayə 4:24 Quranın 6,236 ayəsindən 517 nömrəlisidir.
Nisa surəsi neçə ayədir?
Nisa surəsi 176 ayədən ibarətdir. Quranda 114 surədən 4 nömrəlisidir.
Nisa surəsi Məkki, yoxsa Mədəni surədir?
Nisa surəsi Mədəni kimi təsnif olunur.
Ayə 4:24 dinlənilə bilərmi?
Bəli. Ayə 4:24 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nisa surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 176 ayə və 3,747 söz, həmin mətndən yaradılır.