Nisa surəsi 4:23 النساء
Bu, Nisa surəsinin 176 ayəsindən 23 nömrəli ayəsidir, Quranda 6236 ayədən 516 nömrəlidir, cüz 4. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 81.
حُرِّمَتۡ عَلَيۡكُمۡ أُمَّهَٰتُكُمۡ وَبَنَاتُكُمۡ وَأَخَوَٰتُكُمۡ وَعَمَّٰتُكُمۡ وَخَٰلَٰتُكُمۡ وَبَنَاتُ ٱلۡأَخِ وَبَنَاتُ ٱلۡأُخۡتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّٰتِيٓ أَرۡضَعۡنَكُمۡ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمۡ وَرَبَٰٓئِبُكُمُ ٱلَّٰتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّٰتِي دَخَلۡتُم بِهِنَّ فَإِن لَّمۡ تَكُونُواْ دَخَلۡتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ وَحَلَٰٓئِلُ أَبۡنَآئِكُمُ ٱلَّذِينَ مِنۡ أَصۡلَٰبِكُمۡ وَأَن تَجۡمَعُواْ بَيۡنَ ٱلۡأُخۡتَيۡنِ إِلَّا مَا قَدۡ سَلَفَۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا
Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızdan olan himayənizdəki ögey qızlarınız, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, o halda (onların qızları ilə evlənməyiniz) sizə günah deyildir – öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
4:23 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 4:23
Al-Mukhtasar
Allah sizə şəcərə üzrə yuxarı qalxaraq analarınız, yəni: ananın anası və ananın ata yaxud ana tərəfdən olan nənəsi, şəcərə üzrə aşağı düşərək qızlarınız, yəni: qızınızın qızı və qızınızın qızının qızı və həmçinin şəcərə üzrə aşağı düşərək qardaşınızın və bacınızın qızları, doğma yaxud ögey bacılarınız, bibiləriniz və həmçinin şəcərə üzrə yuxarı qalxaraq ata-analarınızın bibiləri, xalalarınız və həmçinin şəcərə üzrə yuxarı qalxaraq ata-analarınızın xalaları, qardaş və bacının qızları və şəcərə üzrə aşağı düşərək onların övladlarının qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınıza yaxınlıq edib etməmənizdən aslı olmayaraq onların anaları, yaxınlıq etdiyiniz arvadlarınızın adətən evinizdə tərbiyə alıb, orada boya-başa çatmasından yaxud başqa bir evdə yaşamasından aslı olmayaraq ögey qızlarınız ilə evlənmək haram edildi. Amma o arvadlarla yaxınlıq etməmişsinizsə, onda bu ögey qızlarınızla evlənməyiniz sizə günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək hətta oğullarınız onlara yaxınlıq etməsədə belə və həmçinin süd oğullarınızın arvadları, nəsəb yaxud süd əmizdirmək baxımından olan iki bacını birlikdə almaq haram edildi. Yalnız cahiliyyət dövründə olub-keçənlər isə müstəsnadır, artıq Allah o günahları bağışlamışdır. Həqiqətən, Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir. Həmçinin bu ayəyə əlavə olaraq Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsində də qadınla onun bibisi və ya xalasını birlikdə almaqın haram olması sabit olmuşdur.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 4
- Söz sayı
- 54
- Mədinə müshəfi (604 səhifə)
- 81
- İndoPak müshəfi (610 səhifə)
- 81
- Nəsx müshəfi (612 səhifə)
- 82
Ayə 4:23 hansı surədədir?
Nisa surəsi (النساء). Surə 4 / 114 · 176 ayə.
Ayə 4:23 hansı cüzdədir?
Cüz: 4.
Ayə 4:23 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 81 · İndoPak müshəfi (610 səhifə): 81 · Nəsx müshəfi (612 səhifə): 82.
Ayə 4:23 neçə sözdən ibarətdir?
Söz sayı: 54.
Ayə 4:23 neçə ərəb hərfindən ibarətdir?
Ayə 4:23: 247 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 4:23 Quranda harada yerləşir?
Ayə 4:23 Quranın 6,236 ayəsindən 516 nömrəlisidir.
Nisa surəsi neçə ayədir?
Nisa surəsi 176 ayədən ibarətdir. Quranda 114 surədən 4 nömrəlisidir.
Nisa surəsi Məkki, yoxsa Mədəni surədir?
Nisa surəsi Mədəni kimi təsnif olunur.
Ayə 4:23 dinlənilə bilərmi?
Bəli. Ayə 4:23 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nisa surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 176 ayə və 3,747 söz, həmin mətndən yaradılır.