Məzmuna keç

Nisa surəsi 4:25 النساء

Bu, Nisa surəsinin 176 ayəsindən 25 nömrəli ayəsidir, Quranda 6236 ayədən 518 nömrəlidir, cüz 5. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 82.

وَمَن لَّمۡ يَسۡتَطِعۡ مِنكُمۡ طَوۡلًا أَن يَنكِحَ ٱلۡمُحۡصَنَٰتِ ٱلۡمُؤۡمِنَٰتِ فَمِن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن فَتَيَٰتِكُمُ ٱلۡمُؤۡمِنَٰتِۚ وَٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِكُمۚ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۚ فَٱنكِحُوهُنَّ بِإِذۡنِ أَهۡلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلۡمَعۡرُوفِ مُحۡصَنَٰتٍ غَيۡرَ مُسَٰفِحَٰتٖ وَلَا مُتَّخِذَٰتِ أَخۡدَانٖۚ فَإِذَآ أُحۡصِنَّ فَإِنۡ أَتَيۡنَ بِفَٰحِشَةٖ فَعَلَيۡهِنَّ نِصۡفُ مَا عَلَى ٱلۡمُحۡصَنَٰتِ مِنَ ٱلۡعَذَابِۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ ٱلۡعَنَتَ مِنكُمۡۚ وَأَن تَصۡبِرُواْ خَيۡرٞ لَّكُمۡۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olmayan kimsə əllərinizin altında olan mömin cariyələrlə evlənsin. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiz (eyni kökdənsiniz). Elə isə namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan cariyələrlə sahiblərinin icazəsi ilə evlənin və mehrlərini şəriətə müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. Bu (cariyələrlə evlənmək izni), günaha batmaqdan qorxanlarınız üçündür. Əgər səbir etsəniz, bu sizin üçün daha xeyirli olar. Allah bağışlayandır, rəhmlidir.

4:25 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Nisa surəsi
0/176
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Nisa 4:25 0:00 0:00 Oxundu, davam et

Təfsir · 4:25

Al-Mukhtasar

Ey kişilər! Sizlərdən kim maddi imkanı olmadığına görə azad qadınlarla evlənə bilmirsə, o zaman, ona başqasının sahib olduğu cariyələr ilə evlənməsi caizdir. Əgər onlar mömindirlərsə, onlar ilə imanlarına görə evlənin. Allah imanınızın həqiqətini və qəlblərinizdə qizli qalanı daha yaxşı bilir. Siz və onlar dində və insanpərvərlikdə eyni dərəcədəsiniz. Bu cariyələrlə evlənməyi özünüzə ar bilməyin. Əgər onlar namusunu qoruyan, aşkarda zinakarlıq etməyən və gizlində onlarla zina etmək üçün aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə və mehrlərini naqis etmədən yaxud gecikdirmədən verərək evlənin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilir, əlli qamçı vurulmalıdır. Cariyə zina etdikdə isə daşqalaq edilmir. Azad qadınlarla evlənməyə maddi imkanları olmayan kimsələrə iffətli, mömin cariyələrlə evlənmək icazəsi zinaya düşməkdən qorxanlar üçün bir rüxsətdir. Amma cəmiyyətdə kölə uşaqların artmaması üçün, cariyələrlə evlənməyib, səbrli olmaq daha əfzəldir. Allah, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir. Azad qadınlarla evlənməyə aciz olduqda, zinaya düşmək təhlükəsi olarsa, cariyələrlə evlənməyə icazə verilməsi Allahın qullarına olan rəhmətindəndir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
5
Söz sayı
58
Mədinə müshəfi (604 səhifə)
82
İndoPak müshəfi (610 səhifə)
82
Nəsx müshəfi (612 səhifə)
83
Ayə 4:25 hansı surədədir?

Nisa surəsi (النساء). Surə 4 / 114 · 176 ayə.

Ayə 4:25 hansı cüzdədir?

Cüz: 5.

Ayə 4:25 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 82 · İndoPak müshəfi (610 səhifə): 82 · Nəsx müshəfi (612 səhifə): 83.

Ayə 4:25 neçə sözdən ibarətdir?

Söz sayı: 58.

Ayə 4:25 neçə ərəb hərfindən ibarətdir?

Ayə 4:25: 253 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 4:25 Quranda harada yerləşir?

Ayə 4:25 Quranın 6,236 ayəsindən 518 nömrəlisidir.

Nisa surəsi neçə ayədir?

Nisa surəsi 176 ayədən ibarətdir. Quranda 114 surədən 4 nömrəlisidir.

Nisa surəsi Məkki, yoxsa Mədəni surədir?

Nisa surəsi Mədəni kimi təsnif olunur.

Ayə 4:25 dinlənilə bilərmi?

Bəli. Ayə 4:25 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Nisa surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 176 ayə və 3,747 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play