Məzmuna keç

Nisa surəsi 4:92 النساء

Bu, Nisa surəsinin 176 ayəsindən 92 nömrəli ayəsidir, Quranda 6236 ayədən 585 nömrəlidir, cüz 5. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 93.

وَمَا كَانَ لِمُؤۡمِنٍ أَن يَقۡتُلَ مُؤۡمِنًا إِلَّا خَطَـٔٗاۚ وَمَن قَتَلَ مُؤۡمِنًا خَطَـٔٗا فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖ وَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُواْۚ فَإِن كَانَ مِن قَوۡمٍ عَدُوّٖ لَّكُمۡ وَهُوَ مُؤۡمِنٞ فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ وَإِن كَانَ مِن قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞ فَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦ وَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ شَهۡرَيۡنِ مُتَتَابِعَيۡنِ تَوۡبَةٗ مِّنَ ٱللَّهِۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا

Heç bir möminin başqa bir mömini öldürməyə haqqı yoxdur. Bunun səhvən baş verməsi isə müstəsnadır. Kim səhvən bir mömini öldürərsə, o zaman mömin bir kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Ölənin ailəsinin (qanbahasını) bağışlaması isə müstəsnadır. Əgər (ölən adam) mömin olduğu halda, sizə düşmən olan bir qövmdəndirsə, onda (qatil) mömin bir kölə azad etməlidir. Əgər (ölən adam) sizinlə aralarında anlaşma olan bir qövmdəndirsə, o halda (qatil) onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. (Bunları etməyə imkan) tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

4:92 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Nisa surəsi
0/176
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Nisa 4:92 0:00 0:00 Oxundu, davam et

Təfsir · 4:92

Al-Mukhtasar

Səhvən baş verməsi istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Kim səhvən bir mömini öldürərsə, o zaman o, əməlininin kəffarəsi olaraq mömin bir kölə azad etməli və qatilin yaxınları ölənin malına varis olan yaxın qohum-əqrəbasına qan­bahası verməlidir. Ölənin qohum-əqrəbası qanbahasını bağışlaması isə müstəsnadır. Əgər ölən adam mömin olduğu halda, sizlə onlar arasında düşmənçilik olan bir qövmdəndirsə, o zaman qatil yalnız mömin bir kölə azad etməlidir və qan­bahası isə vermir. Əgər ölən adam mömin deyil, lakin sizinlə onlar arasında zimmət əhli kimi müqavilə olan bir qövmdəndirsə, qatilin yaxınları ölənin malına varis olan yaxın qohum-əqrəbasına qan­bahası verməli və o, əməlininin kəffarəsi olaraq mömin bir kölə azad etməlidir. Əgər azad etməyə mömin bir kölə tapa bilməzsə yaxud mömin bir kölə azad etməyə maddi imkanı olmazsa, Allah etdiyi günahdan tövbəsinin qəbul etməsi üçün, o, iki ay iftar etmədən, ardıcıl oruc tutmalıdır. Allah qullarının əməllərini və niyyətlərini biləndir və O, işlərində və şəri hökmlərində hikmət sahibidir!

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
5
Söz sayı
60
Mədinə müshəfi (604 səhifə)
93
İndoPak müshəfi (610 səhifə)
93
Nəsx müshəfi (612 səhifə)
94
Ayə 4:92 hansı surədədir?

Nisa surəsi (النساء). Surə 4 / 114 · 176 ayə.

Ayə 4:92 hansı cüzdədir?

Cüz: 5.

Ayə 4:92 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 93 · İndoPak müshəfi (610 səhifə): 93 · Nəsx müshəfi (612 səhifə): 94.

Ayə 4:92 neçə sözdən ibarətdir?

Söz sayı: 60.

Ayə 4:92 neçə ərəb hərfindən ibarətdir?

Ayə 4:92: 236 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 4:92 Quranda harada yerləşir?

Ayə 4:92 Quranın 6,236 ayəsindən 585 nömrəlisidir.

Nisa surəsi neçə ayədir?

Nisa surəsi 176 ayədən ibarətdir. Quranda 114 surədən 4 nömrəlisidir.

Nisa surəsi Məkki, yoxsa Mədəni surədir?

Nisa surəsi Mədəni kimi təsnif olunur.

Ayə 4:92 dinlənilə bilərmi?

Bəli. Ayə 4:92 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Nisa surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 176 ayə və 3,747 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play