Məzmuna keç

Nur surəsi 24:61 النور

Bu, Nur surəsinin 64 ayəsindən 61 nömrəli ayəsidir, Quranda 6236 ayədən 2852 nömrəlidir, cüz 18. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 358.

لَّيۡسَ عَلَى ٱلۡأَعۡمَىٰ حَرَجٞ وَلَا عَلَى ٱلۡأَعۡرَجِ حَرَجٞ وَلَا عَلَى ٱلۡمَرِيضِ حَرَجٞ وَلَا عَلَىٰٓ أَنفُسِكُمۡ أَن تَأۡكُلُواْ مِنۢ بُيُوتِكُمۡ أَوۡ بُيُوتِ ءَابَآئِكُمۡ أَوۡ بُيُوتِ أُمَّهَٰتِكُمۡ أَوۡ بُيُوتِ إِخۡوَٰنِكُمۡ أَوۡ بُيُوتِ أَخَوَٰتِكُمۡ أَوۡ بُيُوتِ أَعۡمَٰمِكُمۡ أَوۡ بُيُوتِ عَمَّٰتِكُمۡ أَوۡ بُيُوتِ أَخۡوَٰلِكُمۡ أَوۡ بُيُوتِ خَٰلَٰتِكُمۡ أَوۡ مَا مَلَكۡتُم مَّفَاتِحَهُۥٓ أَوۡ صَدِيقِكُمۡۚ لَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَأۡكُلُواْ جَمِيعًا أَوۡ أَشۡتَاتٗاۚ فَإِذَا دَخَلۡتُم بُيُوتٗا فَسَلِّمُواْ عَلَىٰٓ أَنفُسِكُمۡ تَحِيَّةٗ مِّنۡ عِندِ ٱللَّهِ مُبَٰرَكَةٗ طَيِّبَةٗۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَعۡقِلُونَ

Kora, çolağa, bir də xəstəyə (cihadda iştirak edə bilmədiyinə görə) günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, bəlkə başa düşəsiniz.

24:61 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Nur surəsi
0/64
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Nur 24:61 0:00 0:00 Oxundu, davam et

Təfsir · 24:61

Al-Mukhtasar

Bacarmadıqları üçün Allah yolunda cihad kimi bəzi öhdəlikləri yerinə yetirə bilməyən kor kimsəyə, çolağa, bir də xəstəyə günah gəlməz. Ey Möminlər! Eyni şəkildə evlərinizdə və ya övladlarınızın evlərində yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud bağ-bağçanın qorunması sizə həvalə edilən evlərdə, yaxud könül xoşluğu ilə dostlarnızın evlərində yemək yeməkdə sizə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Yuxarıda sadalanan evlərə və ya başqa evlərə daxil olduğunuz zaman ev sakinlərinə: "Əssəlamu aleykum" - deyərək salam verin. Əgər daxil olduğunuz evlərdə heç kimsə olmazsa bu zaman: "Əssəlamu aleynə va alə ibədilləhis-salihin" - deyərək özünüzə salam verin. Bu salam, aranızda bir-birinizə qarşı sevgi və mehriban münasibət yaydığı və bu salamı eşidənin də könlü xoş olduğu üçün Allah yanında sizin üçün sevib seçilən, mübarək bir salamdır. Uca Allah bu surədə salamı sizə izah etdiyi kimi digər ayələrinidə açıq-aydın bir şəkildə izah edər ki, bəlkə, başa düşüb əməl edəsiniz.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
18
Söz sayı
76
Mədinə müshəfi (604 səhifə)
358
İndoPak müshəfi (610 səhifə)
358
Nəsx müshəfi (612 səhifə)
359
Ayə 24:61 hansı surədədir?

Nur surəsi (النور). Surə 24 / 114 · 64 ayə.

Ayə 24:61 hansı cüzdədir?

Cüz: 18.

Ayə 24:61 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 358 · İndoPak müshəfi (610 səhifə): 358 · Nəsx müshəfi (612 səhifə): 359.

Ayə 24:61 neçə sözdən ibarətdir?

Söz sayı: 76.

Ayə 24:61 neçə ərəb hərfindən ibarətdir?

Ayə 24:61: 306 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 24:61 Quranda harada yerləşir?

Ayə 24:61 Quranın 6,236 ayəsindən 2,852 nömrəlisidir.

Nur surəsi neçə ayədir?

Nur surəsi 64 ayədən ibarətdir. Quranda 114 surədən 24 nömrəlisidir.

Nur surəsi Məkki, yoxsa Mədəni surədir?

Nur surəsi Mədəni kimi təsnif olunur.

Ayə 24:61 dinlənilə bilərmi?

Bəli. Ayə 24:61 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Nur surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 64 ayə və 1,316 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play