Təhrim surəsi 66:3 التحريم
Bu, Təhrim surəsinin 12 ayəsindən 3 nömrəli ayəsidir, Quranda 6236 ayədən 5232 nömrəlidir, cüz 28. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 560.
وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثٗا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٖۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ
Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Hafsaya sirr olaraq bir) söz söylədi. O da (Hafsa da) bunu (Aişəyə) xəbər verdikdə və Allah da bunu ona (Peyğəmbərə) aşkar etdikdə, o (Peyğəmbər), bunun bir qismini (Hafsaya) bildirdi, digər bir qismini bildirməkdən isə vaz keçdi. (Peyğəmbər) bunu ona (Hafsaya) bildirdikdə o dedi: “Bunu sənə kim xəbər verdi?” O da: “Bunu mənə (hər şeyi) Bilən, (hər şeydən) Xəbərdar olan (Allah) xəbər verdi!”– dedi.
66:3 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 66:3
Al-Mukhtasar
Bir zaman Peyğəmbər -səllallahu aleyhi və səlləm- zövcəsi Həfsaya, bir daha zövcəsi Mariya ilə yaxınlıq etməyəcəyinə dair sirr verdiyini xatırla. Nəhayət, Həfsa bunu Aişəyə bildirdikdə və Allah da Peyğəmbərə onun sirrinin ifşa edildiyini xəbər verdikdə, o, bu xəbərin bir qismini Həfsaya bildirdi, digərini isə demədi. Həfsa, Peyğəmbərdən -səllallahu aleyhi və səlləm-: “Bunu sənə kim xəbər verdi?”- deyə soruşduqda, O: “Bunu mənə hər şeyi bilən, hər gizli şeydən xəbərdar olan Allah xəbər verdi!”- deyərək cavab verdi.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 28
- Söz sayı
- 29
- Mədinə müshəfi (604 səhifə)
- 560
- İndoPak müshəfi (610 səhifə)
- 560
- Nəsx müshəfi (612 səhifə)
- 561
Ayə 66:3 hansı surədədir?
Təhrim surəsi (التحريم). Surə 66 / 114 · 12 ayə.
Ayə 66:3 hansı cüzdədir?
Cüz: 28.
Ayə 66:3 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 560 · İndoPak müshəfi (610 səhifə): 560 · Nəsx müshəfi (612 səhifə): 561.
Ayə 66:3 neçə sözdən ibarətdir?
Söz sayı: 29.
Ayə 66:3 neçə ərəb hərfindən ibarətdir?
Ayə 66:3: 113 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 66:3 Quranda harada yerləşir?
Ayə 66:3 Quranın 6,236 ayəsindən 5,232 nömrəlisidir.
Təhrim surəsi neçə ayədir?
Təhrim surəsi 12 ayədən ibarətdir. Quranda 114 surədən 66 nömrəlisidir.
Təhrim surəsi Məkki, yoxsa Mədəni surədir?
Təhrim surəsi Mədəni kimi təsnif olunur.
Ayə 66:3 dinlənilə bilərmi?
Bəli. Ayə 66:3 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Təhrim surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 12 ayə və 249 söz, həmin mətndən yaradılır.