Tövbə surəsi 9:40 التوبة
Bu, Tövbə surəsinin 129 ayəsindən 40 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1275 nömrəlidir, cüz 10. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 193.
إِلَّا تَنصُرُوهُ فَقَدۡ نَصَرَهُ ٱللَّهُ إِذۡ أَخۡرَجَهُ ٱلَّذِينَ كَفَرُواْ ثَانِيَ ٱثۡنَيۡنِ إِذۡ هُمَا فِي ٱلۡغَارِ إِذۡ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحۡزَنۡ إِنَّ ٱللَّهَ مَعَنَاۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيۡهِ وَأَيَّدَهُۥ بِجُنُودٖ لَّمۡ تَرَوۡهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُواْ ٱلسُّفۡلَىٰۗ وَكَلِمَةُ ٱللَّهِ هِيَ ٱلۡعُلۡيَاۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək etmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz dostuna (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə (mələklərlə) ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Yalnız Allahın sözü ucadır. Allah Qüdrətlidir, Hikmət sahibidir.
9:40 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 9:40
Al-Mukhtasar
Ey möminilər! Əgər siz Allahın Elçisinə (sallallahu aleyhi və səlləm) kömək etməsəniz və onun sizi Allah yolunda cihada çıxmaq çağırışına cavab verməsəniz bilin ki, Allah ona artıq müşriklər onu və Əbu Bəkri (Allah ondan razı olsun) Məkkədən çıxartdıqları zaman siz olmadan da kömək göstərmişdir. Kafirlər onları axtardıqları vaxt mağarada gizləndikdə onlar yalnız iki nəfər idilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz yoldaşının müşriklərin onları görəcəklərindən qorxduğu zaman ona: "Kədərlənmə, Allah Öz yardımı və dəstəyi ilə bizimlədir!" – dedi. Bundan sonra Allah Peyğəmbərin qəlbinə bir arxayınlıq nazil etdi, sizin görmədiyiniz mələklərlə ona yardım göstərdi, müşriklərin sözünü alçaltdı və İslamı izzətləndirməklə Allah sözünü ucaltdı. Allah zatında, güc-qüvvətində və mülkündə qüdrət sahibidir, kimsə Ona məğlub edə bilməz. O, işlərində, insanlar üçün təyin etdiyi qədərin də və həmçinin şəri hökmlərin də hikmət sahibidir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 10
- Söz sayı
- 43
- Mədinə müshəfi (604 səhifə)
- 193
- İndoPak müshəfi (610 səhifə)
- 193
- Nəsx müshəfi (612 səhifə)
- 194
Ayə 9:40 hansı surədədir?
Tövbə surəsi (التوبة). Surə 9 / 114 · 129 ayə.
Ayə 9:40 hansı cüzdədir?
Cüz: 10.
Ayə 9:40 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 193 · İndoPak müshəfi (610 səhifə): 193 · Nəsx müshəfi (612 səhifə): 194.
Ayə 9:40 neçə sözdən ibarətdir?
Söz sayı: 43.
Ayə 9:40 neçə ərəb hərfindən ibarətdir?
Ayə 9:40: 175 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 9:40 Quranda harada yerləşir?
Ayə 9:40 Quranın 6,236 ayəsindən 1,275 nömrəlisidir.
Tövbə surəsi neçə ayədir?
Tövbə surəsi 129 ayədən ibarətdir. Quranda 114 surədən 9 nömrəlisidir.
Tövbə surəsi Məkki, yoxsa Mədəni surədir?
Tövbə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 9:40 dinlənilə bilərmi?
Bəli. Ayə 9:40 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Tövbə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 129 ayə və 2,498 söz, həmin mətndən yaradılır.