Fatir surəsi 35:43 فاطر
Bu, Fatir surəsinin 45 ayəsindən 43 nömrəli ayəsidir, Quranda 6236 ayədən 3703 nömrəlidir, cüz 22. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 439.
ٱسۡتِكۡبَارٗا فِي ٱلۡأَرۡضِ وَمَكۡرَ ٱلسَّيِّيِٕۚ وَلَا يَحِيقُ ٱلۡمَكۡرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهۡلِهِۦۚ فَهَلۡ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلۡأَوَّلِينَۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبۡدِيلٗاۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحۡوِيلًا
(Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və pis hiylələr qurduqlarına görə idi. Pis hiylələr isə ancaq öz sahibini qaplayar. Yoxsa onlar əvvəlkilərin başına gələn bəlalarımı gözləyirlər?! Sən Allahın sünnəsinə heç bir əvəz tapa bilməzsən. Sən Allahın sünnəsində heç bir dəyişiklik də tapa bilməzsən.
35:43 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 35:43
Al-Mukhtasar
Onların Allaha and möhkəm içməsi, gözəl niyyət və salamat məqsədlə yox, əksinə, yer üzündə təkəbbürlük göstərmək və insanları aldatmaq üçün idi. Yaramaz hiylələr isə ancaq öz hiyləgər sahiblərini qaplayar. Yoxsa təkəbbürlü hiyləgərlər Allahın sabit qanunu üzrə əvvəlkilərin başına gələn müsibətləri, əvvəlkilərin həlak olduğu kimi özlərinin həlak olmağını gözləyirlər?! Sən təkəbbürlülərin həlak olmasına dair, Allahın qayda-qanununda heç bir əvəz tapa bilməzsən. Belə ki, bu bəlanın qarşısı alınmaz. Həmçinin, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. Belə ki, bu bəla onlardan ötüşüb, başqasını yaxalamaz. Çünki bu, dəyişməyən ilahi bir qayda-qanundur.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 22
- Söz sayı
- 26
- Mədinə müshəfi (604 səhifə)
- 439
- İndoPak müshəfi (610 səhifə)
- 439
- Nəsx müshəfi (612 səhifə)
- 440
Ayə 35:43 hansı surədədir?
Fatir surəsi (فاطر). Surə 35 / 114 · 45 ayə.
Ayə 35:43 hansı cüzdədir?
Cüz: 22.
Ayə 35:43 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 439 · İndoPak müshəfi (610 səhifə): 439 · Nəsx müshəfi (612 səhifə): 440.
Ayə 35:43 neçə sözdən ibarətdir?
Söz sayı: 26.
Ayə 35:43 neçə ərəb hərfindən ibarətdir?
Ayə 35:43: 111 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 35:43 Quranda harada yerləşir?
Ayə 35:43 Quranın 6,236 ayəsindən 3,703 nömrəlisidir.
Fatir surəsi neçə ayədir?
Fatir surəsi 45 ayədən ibarətdir. Quranda 114 surədən 35 nömrəlisidir.
Fatir surəsi Məkki, yoxsa Mədəni surədir?
Fatir surəsi Məkki kimi təsnif olunur.
Ayə 35:43 dinlənilə bilərmi?
Bəli. Ayə 35:43 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Fatir surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 45 ayə və 775 söz, həmin mətndən yaradılır.