İbrahim surəsi 14:22 إبراهيم
Bu, İbrahim surəsinin 52 ayəsindən 22 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1772 nömrəlidir, cüz 13. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 258.
وَقَالَ ٱلشَّيۡطَٰنُ لَمَّا قُضِيَ ٱلۡأَمۡرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمۡ وَعۡدَ ٱلۡحَقِّ وَوَعَدتُّكُمۡ فَأَخۡلَفۡتُكُمۡۖ وَمَا كَانَ لِيَ عَلَيۡكُم مِّن سُلۡطَٰنٍ إِلَّآ أَن دَعَوۡتُكُمۡ فَٱسۡتَجَبۡتُمۡ لِيۖ فَلَا تَلُومُونِي وَلُومُوٓاْ أَنفُسَكُمۖ مَّآ أَنَا۠ بِمُصۡرِخِكُمۡ وَمَآ أَنتُم بِمُصۡرِخِيَّ إِنِّي كَفَرۡتُ بِمَآ أَشۡرَكۡتُمُونِ مِن قَبۡلُۗ إِنَّ ٱلظَّٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ
İş bitdikdə (Cənnət əhli Cənnətə, cəhənnəm əhli də Cəhənnəmə daxil olduqda) şeytan (günahkarlara) deyəcək: “Həqiqətən, Allah sizə (Cəhənnəmə düşəcəyiniz barədə) gerçək vəd vermişdi. Mən də sizə, (kömək edəcəyimə dair) vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (günah işlərə) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Şübhəsiz ki, mən dünyada da sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.
14:22 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 14:22
Al-Mukhtasar
Cənnət əhli Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə daxil olduqda, İblis onlara belə deyəcək: "Allah sizə haqq vəd vermişdi. O, vədini yerinə yetirdi. Mən isə sizə batili vəd vermişdim, ona görə də vədimi yerinə yetirmədim. Mənim dünyada sizi küfrə və zəlalətə sürükləyəcək heç bir gücüm yox idi. Lakim mən sizi küfrə dəvət etdim və günahları sizə gözəl göstərdim, siz də mənə tabe olmaq üçün tələsdiniz. Odur ki, dünyada zəlalətə düşdüyünüz üçün məni yox, yalnız özünüzü qınayın. Bu gün nə mən sizin köməyinizə çatıb əzabı sizdən sovuşdura bilərəm, nə də siz mənim köməyimə çatıb əzabı məndən sovuşdura bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha ibadətdə Ona şərik qoşmağınızı rədd etmişdim!". Həqiqətən, dünyada Allaha şərik qoşub və Ona küfr edərək özlərinə zülüm edən kimsər üçün qiyamət günü onları gözləyən ağrılı-acılı bir əzab vardır.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 13
- Söz sayı
- 44
- Mədinə müshəfi (604 səhifə)
- 258
- İndoPak müshəfi (610 səhifə)
- 258
- Nəsx müshəfi (612 səhifə)
- 259
Ayə 14:22 hansı surədədir?
İbrahim surəsi (إبراهيم). Surə 14 / 114 · 52 ayə.
Ayə 14:22 hansı cüzdədir?
Cüz: 13.
Ayə 14:22 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 258 · İndoPak müshəfi (610 səhifə): 258 · Nəsx müshəfi (612 səhifə): 259.
Ayə 14:22 neçə sözdən ibarətdir?
Söz sayı: 44.
Ayə 14:22 neçə ərəb hərfindən ibarətdir?
Ayə 14:22: 184 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 14:22 Quranda harada yerləşir?
Ayə 14:22 Quranın 6,236 ayəsindən 1,772 nömrəlisidir.
İbrahim surəsi neçə ayədir?
İbrahim surəsi 52 ayədən ibarətdir. Quranda 114 surədən 14 nömrəlisidir.
İbrahim surəsi Məkki, yoxsa Mədəni surədir?
İbrahim surəsi Məkki kimi təsnif olunur.
Ayə 14:22 dinlənilə bilərmi?
Bəli. Ayə 14:22 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
İbrahim surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 52 ayə və 830 söz, həmin mətndən yaradılır.