Ar-Rahman
Ad 1 / 99
الرَّحْمَٰنُ
Mərhəməti sonsuz olan
Bu ad Quranda
Aşağıdakı hər ayə öz kontekstində oxunub və iki müstəqil yoxlama ilə təsdiqlənib, tək bir sual üzrə: bu söz burada Allahı adlandırırmı. İki yoxlama fərqli nəticə verəndə ayə çıxarılıb. Bəzilərində ad isim kimi deyil, feil və ya başqa formada keçir.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ
Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur, O, Mərhəmətlidir, Rəhmlidir.
قُلِ ٱدۡعُواْ ٱللَّهَ أَوِ ٱدۡعُواْ ٱلرَّحۡمَٰنَۖ أَيّٗا مَّا تَدۡعُواْ فَلَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ وَلَا تَجۡهَرۡ بِصَلَاتِكَ وَلَا تُخَافِتۡ بِهَا وَٱبۡتَغِ بَيۡنَ ذَٰلِكَ سَبِيلٗا
De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut.
إِنَّهُۥ مِن سُلَيۡمَٰنَ وَإِنَّهُۥ بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
O (məktub) Süleymandandır və (onda deyilir:) “Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ٱلرَّحۡمَٰنُ
Rəhman! (Mərhəmətli olan Allah!)
Bu ad haqqında
- Bu sözün keçdiyi ayələr
- 56
- Quran mətni
- Məlik Fəhd Kompleksinin Osmani Həfs mətni
- Tərcümə
- Əlixan Musayev