Əraf surəsi 7:157 الأعراف
Bu, Əraf surəsinin 206 ayəsindən 157 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1111 nömrəlidir, cüz 9. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 170.
ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِيَّ ٱلۡأُمِّيَّ ٱلَّذِي يَجِدُونَهُۥ مَكۡتُوبًا عِندَهُمۡ فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ يَأۡمُرُهُم بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَىٰهُمۡ عَنِ ٱلۡمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيۡهِمُ ٱلۡخَبَٰٓئِثَ وَيَضَعُ عَنۡهُمۡ إِصۡرَهُمۡ وَٱلۡأَغۡلَٰلَ ٱلَّتِي كَانَتۡ عَلَيۡهِمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُواْ ٱلنُّورَ ٱلَّذِيٓ أُنزِلَ مَعَهُۥٓ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
O kəslər ki, əllərindəki Tövrat və İncildə (vəsfləri) barəsində yazılmış gördükləri ummi (yazıb-oxumaq bilməyən) peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan (məşəqqətlərdən) xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır”.
7:157 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 7:157
Al-Mukhtasar
O kəslər ki, oxuyub yazmağı bilməyən, ona yalnız Rəbbi tərəfindən vəhy edilən, onun adını və əlamətlərini Musaya - Əleyhissalam - nazil edilmiş Tövratda və İsaya - Əleyhissalam - nazil edilmiş İncildə yazılmış olduğunu gördükləri peyğəmbər Muhəmmədin - sallallahu aleyhi və səlləm - ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi əmr edər, sağlam ağıl və fitrətin pis gördüyü əməlləri isə qadağan edər, onlara pak və halal olan yemə-içməyi və nikahları halal, bunlardan murdar şeyləri isə haram edər. Onların özlərindən əvvəlki ümmətlərin yükləndiyi, məsələn: qatilin qəsdən və ya xətadan öldürməsindən aslı olmayaraq onu öldürməyin vacib olduğu kimi ağır yüklərini yüngülləşdirər. İsrail oğullarından və onlardan başqalarından ona iman gətirən, ona hörmət, ehtiram və sayğı edən, ona, onunla düşmənçilik edən kafir qövmə qarşı kömək edən və onunla göndərilmiş nur kimi doğru yol göstərən Quranın ardınca gedənlər, məhz bu kimsələr dilədikləri Cənnətə daxil olub, qorxduqları Cəhənnəmdən xilas olaraq nicat tapan kimsələrdir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 9
- Söz sayı
- 43
- Mədinə müshəfi (604 səhifə)
- 170
- İndoPak müshəfi (610 səhifə)
- 170
- Nəsx müshəfi (612 səhifə)
- 171
Ayə 7:157 hansı surədədir?
Əraf surəsi (الأعراف). Surə 7 / 114 · 206 ayə.
Ayə 7:157 hansı cüzdədir?
Cüz: 9.
Ayə 7:157 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 170 · İndoPak müshəfi (610 səhifə): 170 · Nəsx müshəfi (612 səhifə): 171.
Ayə 7:157 neçə sözdən ibarətdir?
Söz sayı: 43.
Ayə 7:157 neçə ərəb hərfindən ibarətdir?
Ayə 7:157: 220 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 7:157 Quranda harada yerləşir?
Ayə 7:157 Quranın 6,236 ayəsindən 1,111 nömrəlisidir.
Əraf surəsi neçə ayədir?
Əraf surəsi 206 ayədən ibarətdir. Quranda 114 surədən 7 nömrəlisidir.
Əraf surəsi Məkki, yoxsa Mədəni surədir?
Əraf surəsi Məkki kimi təsnif olunur.
Ayə 7:157 dinlənilə bilərmi?
Bəli. Ayə 7:157 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Əraf surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 206 ayə və 3,320 söz, həmin mətndən yaradılır.