Bəqərə surəsi 2:177 البقرة
Bu, Bəqərə surəsinin 286 ayəsindən 177 nömrəli ayəsidir, Quranda 6236 ayədən 184 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 27.
۞ لَّيۡسَ ٱلۡبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمۡ قِبَلَ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱلۡمَلَٰٓئِكَةِ وَٱلۡكِتَٰبِ وَٱلنَّبِيِّـۧنَ وَءَاتَى ٱلۡمَالَ عَلَىٰ حُبِّهِۦ ذَوِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِ وَٱلسَّآئِلِينَ وَفِي ٱلرِّقَابِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَٱلۡمُوفُونَ بِعَهۡدِهِمۡ إِذَا عَٰهَدُواْۖ وَٱلصَّٰبِرِينَ فِي ٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ وَحِينَ ٱلۡبَأۡسِۗ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ صَدَقُواْۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُتَّقُونَ
Yaxşı əməl heç də üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, (hər bir səmavi) kitaba və peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə xərcləyən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə, döyüş zamanı səbir edən şəxslərdir. Onlar (imanlarında) doğru olanlardır. Müttəqi olanlar da, elə məhz onlardır.
2:177 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 2:177
Al-Mukhtasar
Allah yanında Onun razı qaldığı xeyir əməl heç də məşriqə yaxud da məğribə tərəf çevirməkdən ibarət deyildir. Lakin həqiqi xeyir əməl sahibi tək ilah olan Allaha, qiyamət gününə, bütün mələklərə, nazil edilən bütün kitablara və aralarında heç bir fərq qoymadan bütün peyğəmbərlərə iman gətirən, mal-dövlətini çox sevib və ona həris olmasına rəğmən malını qohum-əqrəbasına, həddi-büluğa çatmazdan əvvəl atasını itirmiş yetimlərə, ehtiyac sahiblərinə, ailəsindən və vətənindən uzaq düşüb səfərdə yolda qalan qərib insana, ehtiyac üzündən insanlardan maddi kömək istəməyə məcbur qalan kimsəyə, malı qul və əsir azad olunmasına sərf edən, namazı Allahın əmr etdiyi kimi tam şəkildə qılıb, vacib zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, yoxsulluq, çətinlik və xəstəlik üz verdikdə səbr edənlər və cihad zamanı döyüşün şiddətli vaxtında döyüşdən qaçmayan kimsələr imanlarında, əməllərində və sözlərində Allaha sadiq olan kimsələrdir. Allahın onlara əmr etdiyini yerinə yetirib və onları qadağan etdiyi şeylərdəndə uzaq duran müttəqi olanlar da elə məhz onlardır.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 2
- Söz sayı
- 51
- Mədinə müshəfi (604 səhifə)
- 27
- İndoPak müshəfi (610 səhifə)
- 26
- Nəsx müshəfi (612 səhifə)
- 27
Ayə 2:177 hansı surədədir?
Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.
Ayə 2:177 hansı cüzdədir?
Cüz: 2.
Ayə 2:177 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 27 · İndoPak müshəfi (610 səhifə): 26 · Nəsx müshəfi (612 səhifə): 27.
Ayə 2:177 neçə sözdən ibarətdir?
Söz sayı: 51.
Ayə 2:177 neçə ərəb hərfindən ibarətdir?
Ayə 2:177: 263 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 2:177 Quranda harada yerləşir?
Ayə 2:177 Quranın 6,236 ayəsindən 184 nömrəlisidir.
Bəqərə surəsi neçə ayədir?
Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.
Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?
Bəqərə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 2:177 dinlənilə bilərmi?
Bəli. Ayə 2:177 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.