Məzmuna keç

Bəqərə surəsi 2:196 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 196 nömrəli ayəsidir, Quranda 6236 ayədən 203 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 30.

وَأَتِمُّواْ ٱلۡحَجَّ وَٱلۡعُمۡرَةَ لِلَّهِۚ فَإِنۡ أُحۡصِرۡتُمۡ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۖ وَلَا تَحۡلِقُواْ رُءُوسَكُمۡ حَتَّىٰ يَبۡلُغَ ٱلۡهَدۡيُ مَحِلَّهُۥۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوۡ بِهِۦٓ أَذٗى مِّن رَّأۡسِهِۦ فَفِدۡيَةٞ مِّن صِيَامٍ أَوۡ صَدَقَةٍ أَوۡ نُسُكٖۚ فَإِذَآ أَمِنتُمۡ فَمَن تَمَتَّعَ بِٱلۡعُمۡرَةِ إِلَى ٱلۡحَجِّ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۚ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖ فِي ٱلۡحَجِّ وَسَبۡعَةٍ إِذَا رَجَعۡتُمۡۗ تِلۡكَ عَشَرَةٞ كَامِلَةٞۗ ذَٰلِكَ لِمَن لَّمۡ يَكُنۡ أَهۡلُهُۥ حَاضِرِي ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ

Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizə (ziyarət etməyə) maneçilik törətsələr, müyəssər olan bir qurban kəsin. Qurbanlıq (heyvan) öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən kim xəstə olarsa və ya başında ona əziyyət verən bir şey varsa, fidyə olaraq, ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əminlik içində olduğunuz təqdirdə isə həcc vaxtına qədər ümrədən faydalanan kəs müyəssər olan bir qurban kəsməlidir. Qurbanlıq (heyvan) tapmayanlar isə həcc əsnasında üç gün, (vətəninə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdırlar. Bu da, tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.

2:196 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:196 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:196

Al-Mukhtasar

Uca Allahın razılığını qazanmaq üçün həcc və ümrə əməllərinin hər ikisini tam yerinə yetirin. Əgər siz, xəstəlik üzündən, yaxud düşmənə görə və ya başqa səbəbdən dolayı həcc və ya ümrə əməllərini yerinə yetirə bilməsəniz, o zaman ehramdan çıxmanız üçün imkan daxilində - dəvə, yaxud inək, yaxud da qoyun- qurban kəsməlisiniz. Qurbanlıq, kəsilməsi lazım olan yerinə çatana qədər başınızı qırxmayın va ya saçınızı qısaltmayın. Əgər kiməsə Məscidulharama daxil olmağa mane olunarsa, onda qoy qurbanı, mane olunduğu yerdə kəssin. Əgər Məscidulharama daxil olmağa mane olunmasa, qoy qurbanını bayram və ya təşriq günülərində kəssin. Sizlərdən xəstə və ya saçında bit olduğu üçün əziyyət çəkən varsa və bu səbəbdən başını qırxsa ona günah yazılmaz. Lakin həmin kimsə fidyə olaraq ya üç gün oruc tutmalı, ya Məscidulharamdakı miskinlərdən altı miskini doydurmalı, ya da bir qoyun kəsib Məscidulharamdakı fəqirlərə paylamalıdır. Əmin olduğunuz təqdirdə həcc aylarında ümrə ibadətini yerinə yetirib, həmin ilin həccinə qədər ehramda özünə haram olunanlardan istifadə edən kəs, imkan daxilində bir qoyun yaxud da yeddi nəfərə bir dəvə və ya bir inək qurban kəssin. Qurban kəsməyə maddi imkanı olmayan isə qurbanlıqın əvəzi olaraq həcc günlərində üç gün, ailəsinə döndükdən sonra isə yeddi gün oruc tutmalıdır. Beləliklə, bunların hamısı kamil on gün edər. Təməttü həcci edən kimsənin qurban kəsməsi və qurban kəsməyə maddi imkanı olmadığı təqdirdə isə oruc tutmasının vacib olması hökmü, Məscidulharamda və ya Məscidulharama yaxın yerdə sakin olmayanlara aiddir. Allahın şəriətinə tabe olaraq və qoyduğu hüdudlara hörmətlə yanaşaraq Ondan qorxun. Bilin ki, Allahın əmrinə müxalif olan kimsəyə Allahın əzabı şiddətlidir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
2
Söz sayı
73
Mədinə müshəfi (604 səhifə)
30
İndoPak müshəfi (610 səhifə)
30
Nəsx müshəfi (612 səhifə)
31
Ayə 2:196 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:196 hansı cüzdədir?

Cüz: 2.

Ayə 2:196 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 30 · İndoPak müshəfi (610 səhifə): 30 · Nəsx müshəfi (612 səhifə): 31.

Ayə 2:196 neçə sözdən ibarətdir?

Söz sayı: 73.

Ayə 2:196 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:196: 289 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:196 Quranda harada yerləşir?

Ayə 2:196 Quranın 6,236 ayəsindən 203 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:196 dinlənilə bilərmi?

Bəli. Ayə 2:196 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play