Məzmuna keç

Bəqərə surəsi 2:231 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 231 nömrəli ayəsidir, Quranda 6236 ayədən 238 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 37.

وَإِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَبَلَغۡنَ أَجَلَهُنَّ فَأَمۡسِكُوهُنَّ بِمَعۡرُوفٍ أَوۡ سَرِّحُوهُنَّ بِمَعۡرُوفٖۚ وَلَا تُمۡسِكُوهُنَّ ضِرَارٗا لِّتَعۡتَدُواْۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ وَلَا تَتَّخِذُوٓاْ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗاۚ وَٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ وَمَآ أَنزَلَ عَلَيۡكُم مِّنَ ٱلۡكِتَٰبِ وَٱلۡحِكۡمَةِ يَعِظُكُم بِهِۦۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ

Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya (şəriətə) müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vermək üçün haqsızlıq edib onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.

2:231 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:231 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:231

Al-Mukhtasar

Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yaxınlaşdığı zaman onları ya şəriətə müvafiq qayda üzrə qaytarın, ya da müvafiq qayda üzrə rici talaq etmədən gözləmə müddəti bitənə qədər buraxın. Cahillik dövründə etdikləri kimi qadınlara təcavüz etmək və zərər vurmaq məqsədilə onları qaytarmayın. Kim bunu qadına zərər vermək məqsədi ilə etsə, nəfsini günaha və əzaba məruz qoyduğu üçün özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmaq və ayələrə qarşı cürət etməklə istehza etməyin. Allahın sizə olan nemətlərini və bu nemətlərin ən əzəmətlisi olan, sizə nazil etdiyi Quran və Sünnə nemətini yadınıza salın. Allah bu nemətləri sizin Ona ümid və qorxu ilə ibadət etməniz üçün yadınıza salır. Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinməklə Ondan qorxun və bilin ki, Allah hər şeyi bilir, Ona heç bir şey gizli qalmaz və Allah etdiyiniz əməllərin müqabilini də verəcəkdir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
2
Söz sayı
45
Mədinə müshəfi (604 səhifə)
37
İndoPak müshəfi (610 səhifə)
37
Nəsx müshəfi (612 səhifə)
38
Ayə 2:231 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:231 hansı cüzdədir?

Cüz: 2.

Ayə 2:231 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 37 · İndoPak müshəfi (610 səhifə): 37 · Nəsx müshəfi (612 səhifə): 38.

Ayə 2:231 neçə sözdən ibarətdir?

Söz sayı: 45.

Ayə 2:231 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:231: 202 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:231 Quranda harada yerləşir?

Ayə 2:231 Quranın 6,236 ayəsindən 238 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:231 dinlənilə bilərmi?

Bəli. Ayə 2:231 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play