Məzmuna keç

Bəqərə surəsi 2:233 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 233 nömrəli ayəsidir, Quranda 6236 ayədən 240 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 37.

۞ وَٱلۡوَٰلِدَٰتُ يُرۡضِعۡنَ أَوۡلَٰدَهُنَّ حَوۡلَيۡنِ كَامِلَيۡنِۖ لِمَنۡ أَرَادَ أَن يُتِمَّ ٱلرَّضَاعَةَۚ وَعَلَى ٱلۡمَوۡلُودِ لَهُۥ رِزۡقُهُنَّ وَكِسۡوَتُهُنَّ بِٱلۡمَعۡرُوفِۚ لَا تُكَلَّفُ نَفۡسٌ إِلَّا وُسۡعَهَاۚ لَا تُضَآرَّ وَٰلِدَةُۢ بِوَلَدِهَا وَلَا مَوۡلُودٞ لَّهُۥ بِوَلَدِهِۦۚ وَعَلَى ٱلۡوَارِثِ مِثۡلُ ذَٰلِكَۗ فَإِنۡ أَرَادَا فِصَالًا عَن تَرَاضٖ مِّنۡهُمَا وَتَشَاوُرٖ فَلَا جُنَاحَ عَلَيۡهِمَاۗ وَإِنۡ أَرَدتُّمۡ أَن تَسۡتَرۡضِعُوٓاْ أَوۡلَٰدَكُمۡ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِذَا سَلَّمۡتُم مَّآ ءَاتَيۡتُم بِٱلۡمَعۡرُوفِۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ

Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi (şəriətə) müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata öz övladına görə zərər çəkməməlidir. (Atanın üzərinə düşən) bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər (ata və ana) özlərinin razılığı və məsləhəti ilə (uşağı iki ildən tez) süddən kəsmək istəsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqlarınızı (süd anasına) əmizdirmək istəyirsinizsə, verəcəyinizi (süd haqqını) müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.

2:233 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:233 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:233

Al-Mukhtasar

Analar öz övladlarını kamil iki il əmizdirməlidirlər. Bu, iki il əmizdirmə müddəti əmizdirməni tamamlamaq istəyənlər üçündür. Boşanmış süd əmizdirən anaların yeməyi və geyimi şəriətə müxalif olmamaq şərti ilə insanların adəti üzrə uşağın atasının üzərinə düşür. Allah heç kəsi imkanı və qüvvəsi çatdığından artıq yükləməz. Valideyinlərdən hər hansı birinə, biri-birinə əziyyət verməsi üçün uşağı vasitə etməsi halal olmaz. Əgər uşağın atası və uşağın malı yoxdursa bu zaman atanın üzərində olan bu haqq eynilə varisin üzərinə düşür. Əgər ata və ana uşağın xeyri üçün öz aralarında məsləhətləşib razılığa gəldikdən sonra uşağı iki il tamam olmazdan əvvəl süddən kəsmək istəsələr, bu işdə ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqlarınızı doğma analarından başqa süd anasına əmizdirmək istəyirsinizsə və süd əmizdirən qadınların haqqını kəsmədən və gecikdirmədən şəriətə müvafiq qayda üzrə ödəsəniz, yenədə sizə heç bir günah olmaz. Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməklə Ondan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür və heç bir şey gizli qalmaz və O, etdiyiniz əməllərə görə sizin mükafatınızı verəcəkdir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
2
Söz sayı
64
Mədinə müshəfi (604 səhifə)
37
İndoPak müshəfi (610 səhifə)
38
Nəsx müshəfi (612 səhifə)
39
Ayə 2:233 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:233 hansı cüzdədir?

Cüz: 2.

Ayə 2:233 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 37 · İndoPak müshəfi (610 səhifə): 38 · Nəsx müshəfi (612 səhifə): 39.

Ayə 2:233 neçə sözdən ibarətdir?

Söz sayı: 64.

Ayə 2:233 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:233: 284 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:233 Quranda harada yerləşir?

Ayə 2:233 Quranın 6,236 ayəsindən 240 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:233 dinlənilə bilərmi?

Bəli. Ayə 2:233 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play