Kəhf surəsi 18:21 الكهف
Bu, Kəhf surəsinin 110 ayəsindən 21 nömrəli ayəsidir, Quranda 6236 ayədən 2161 nömrəlidir, cüz 15. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 296.
وَكَذَٰلِكَ أَعۡثَرۡنَا عَلَيۡهِمۡ لِيَعۡلَمُوٓاْ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيۡبَ فِيهَآ إِذۡ يَتَنَٰزَعُونَ بَيۡنَهُمۡ أَمۡرَهُمۡۖ فَقَالُواْ ٱبۡنُواْ عَلَيۡهِم بُنۡيَٰنٗاۖ رَّبُّهُمۡ أَعۡلَمُ بِهِمۡۚ قَالَ ٱلَّذِينَ غَلَبُواْ عَلَىٰٓ أَمۡرِهِمۡ لَنَتَّخِذَنَّ عَلَيۡهِم مَّسۡجِدٗا
Beləcə, (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və (Qiyamət) saatının gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman (möminlər və kafirlər) öz aralarında onların işi barəsində mübahisə edirdilər. (Bəziləri:) “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. (Mübahisədə) üstün gələnlər isə: “Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər.
18:21 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 18:21
Al-Mukhtasar
Beləliklə, Bizim, Əshab-i Kəhfin uzun illər yuxuya daldırmağımız, bu uzun illərdən sonra onları yuxudan oyatmağımız, öz şəhərlərində yaşayanlara Allahın möminlərə yardım edəcək vədinin və öldükdən sonra yenidən dirilmənin həqiqət olduğunu və qiyamət saatının da mütləq qopacağını onlara bildirib xəbərdar etmək üçün qüdrətimizə dəlalət edən qəribə işlərimizdən biridir. Əshab-i Kəhfin halı insanlara bəlli olduqdan sonra onlar bir müddət həyat sürüb, bunun ardından vəfat etdilər. Onların bu durumuna şahid olan kimsələr onlar üçün nə edəcəkləri barədə ixtilaf etdilər. Onlardan bəziləri: "Əshab-i Kəhfi qorumaq və mühafizə etmək üçün mağaranın girəcəyinə bir divar hörün, Rəbbi onların halını daha yaxşı bilir, çünki onların uzun illər mağarada yatdıqdan sonra yuxudan oyanmaları onların Allah yanında yüksək məqama sahib olduqlarını göstərir!" – dedilər. Bu zaman öz qövmü arasında bəzi nüfuz sahibləri, lakin Allahın dinindən elmsiz olan və həmçinin doğru dəvət sahib olmayan kimsələr: "Əshab-i Kəhfə hörmət əlaməti olaraq və onların uzun illər boyu yatdıqları yerlərinin bilinib xatırlanması üçün orada ibadət edilsin deyə onların üstündə bir mütləq bir məscid bina edəcəyik!" – dedilər.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 15
- Söz sayı
- 32
- Mədinə müshəfi (604 səhifə)
- 296
- İndoPak müshəfi (610 səhifə)
- 295
- Nəsx müshəfi (612 səhifə)
- 296
Ayə 18:21 hansı surədədir?
Kəhf surəsi (الكهف). Surə 18 / 114 · 110 ayə.
Ayə 18:21 hansı cüzdədir?
Cüz: 15.
Ayə 18:21 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 296 · İndoPak müshəfi (610 səhifə): 295 · Nəsx müshəfi (612 səhifə): 296.
Ayə 18:21 neçə sözdən ibarətdir?
Söz sayı: 32.
Ayə 18:21 neçə ərəb hərfindən ibarətdir?
Ayə 18:21: 140 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 18:21 Quranda harada yerləşir?
Ayə 18:21 Quranın 6,236 ayəsindən 2,161 nömrəlisidir.
Kəhf surəsi neçə ayədir?
Kəhf surəsi 110 ayədən ibarətdir. Quranda 114 surədən 18 nömrəlisidir.
Kəhf surəsi Məkki, yoxsa Mədəni surədir?
Kəhf surəsi Məkki kimi təsnif olunur.
Ayə 18:21 dinlənilə bilərmi?
Bəli. Ayə 18:21 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Kəhf surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 110 ayə və 1,579 söz, həmin mətndən yaradılır.