Məzmuna keç

Ali-İmran surəsi 3:152 آل عمران

Bu, Ali-İmran surəsinin 200 ayəsindən 152 nömrəli ayəsidir, Quranda 6236 ayədən 445 nömrəlidir, cüz 4. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 69.

وَلَقَدۡ صَدَقَكُمُ ٱللَّهُ وَعۡدَهُۥٓ إِذۡ تَحُسُّونَهُم بِإِذۡنِهِۦۖ حَتَّىٰٓ إِذَا فَشِلۡتُمۡ وَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَعَصَيۡتُم مِّنۢ بَعۡدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنۡيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلۡأٓخِرَةَۚ ثُمَّ صَرَفَكُمۡ عَنۡهُمۡ لِيَبۡتَلِيَكُمۡۖ وَلَقَدۡ عَفَا عَنكُمۡۗ وَٱللَّهُ ذُو فَضۡلٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ

Siz Allahın izni ilə (düşmənlərinizi) qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, (Allah) sizə istədiyiniz (qələbəni) göstərdikdən sonra siz zəiflik göstərib (Peyğəmbərin) əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra (Allah) sizi sınamaq üçün (üzünüzü) onlardan döndərdi. O, artıq sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.

3:152 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Ali-İmran surəsi
0/200
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Ali-İmran 3:152 0:00 0:00 Oxundu, davam et

Təfsir · 3:152

Al-Mukhtasar

Uca Allahın izni ilə Uhud döyüşündə kafirləri amansızlıqla öldürdüyünüz zaman, Allah sizə düşmənləriniz üzərində qələbə çalmağı nəsib edərək sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, Allah sizə, arzuladığınız şeyi, düşmən üzərində qələbəni göstərdikdə, siz, Peyğəmbərin - səllallahu aleyhi və səlləm - sizə əmr etdiyini yerinə yetirməkdən qorxub, zəiflik göstərib, döyüş yerinizdə qalmaq yoxsa oranı tərk edib qənimət toplamaq barəsində bir-birinizlə ixtilaf etdiniz və Peyğəmbərin - səllallahu aleyhi və səlləm - hər bir halda döyüş yerinizdə qalıb oranı tərk etməmək əmrinə asi oldunuz. İçərinizdən kimisi dünya qənimətlərini istəyirdi. Onlar döyüş yerlərini tərk edən kimsələrdir. Kimisi də axirət savabını istəyirdi. Onlar isə Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə tabe olub döyüş yerlərini tərk etməyən kimsələrdir. Sonra Allah üzünüzü onlardan döndərib, müsibətə səbr edən mömini, müsibətə səbir etməyib, zəyiflik göstərən möminlərdən ayırd etmək üçün düşmənlərinizi sizin üzərinizə saldırdı. Allah, artıq sizin Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə müxalif olaraq qazandığınız günahı əfv etdi. Allah möminləri imana yönəldib, günahlarını əfv etdiyi və onlara baş verən müsibətlərə görə onlara mükafat bəxş etdiyi üçün möminlərə qarşı böyük lütf sahididir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
4
Söz sayı
40
Mədinə müshəfi (604 səhifə)
69
İndoPak müshəfi (610 səhifə)
69
Nəsx müshəfi (612 səhifə)
70
Ayə 3:152 hansı surədədir?

Ali-İmran surəsi (آل عمران). Surə 3 / 114 · 200 ayə.

Ayə 3:152 hansı cüzdədir?

Cüz: 4.

Ayə 3:152 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 69 · İndoPak müshəfi (610 səhifə): 69 · Nəsx müshəfi (612 səhifə): 70.

Ayə 3:152 neçə sözdən ibarətdir?

Söz sayı: 40.

Ayə 3:152 neçə ərəb hərfindən ibarətdir?

Ayə 3:152: 165 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 3:152 Quranda harada yerləşir?

Ayə 3:152 Quranın 6,236 ayəsindən 445 nömrəlisidir.

Ali-İmran surəsi neçə ayədir?

Ali-İmran surəsi 200 ayədən ibarətdir. Quranda 114 surədən 3 nömrəlisidir.

Ali-İmran surəsi Məkki, yoxsa Mədəni surədir?

Ali-İmran surəsi Mədəni kimi təsnif olunur.

Ayə 3:152 dinlənilə bilərmi?

Bəli. Ayə 3:152 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Ali-İmran surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 200 ayə və 3,481 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play