Məzmuna keç

Ali-İmran surəsi 3:153 آل عمران

Bu, Ali-İmran surəsinin 200 ayəsindən 153 nömrəli ayəsidir, Quranda 6236 ayədən 446 nömrəlidir, cüz 4. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 69.

۞ إِذۡ تُصۡعِدُونَ وَلَا تَلۡوُۥنَ عَلَىٰٓ أَحَدٖ وَٱلرَّسُولُ يَدۡعُوكُمۡ فِيٓ أُخۡرَىٰكُمۡ فَأَثَٰبَكُمۡ غَمَّۢا بِغَمّٖ لِّكَيۡلَا تَحۡزَنُواْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا مَآ أَصَٰبَكُمۡۗ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ

O zaman Peyğəmbər arxanızdan – (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda, siz heç kəsə məhəl qoymadan (düşməndən) qaçırdınız. (Allah da) qəminizin üstünə qəm qoymaqla sizi cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.

3:153 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Ali-İmran surəsi
0/200
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Ali-İmran 3:153 0:00 0:00 Oxundu, davam et

Təfsir · 3:153

Al-Mukhtasar

Ey Möminlər! Uhud döyüşü günü Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə müxalif olduğunuz üçün başınıza gələn müsibətə görə döyüş meydanından qaçdığınızı yadınıza salın. O zaman Peyğəmbər - səllallahu aleyhi və səlləm - arxanızdan sizi: "Ey Allahın qulları mənə tərəf gəlin! Ey Allahın qulları mənə tərəf gəlin!" -deyərək çağırdığı halda, siz heç kimə məhəl qoymadan düşməndən qaçırdınız. Allah da bu əməlinizə görə sizi məğlubiyyət, qənimətdən məhrum olma və nəhayət aranızda Peyğəmbərin - səllallahu aleyhi və səlləm - qətl edilməsi barəsindəki yayılan xəbərlə qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan, Allah yardımına, əldə edə bilmədiyiniz qənimətə və başınıza gələn ölüm və yaralanma müsibətin görə kədərlənməyəsiniz. Elə ki siz, Peyğəmbərin ölüm xəbərinin yanlış olduğunu bildikdə, bütün müsibətlər, agrı və acılar sizə rahat gəldi. Allah nə etdiklərinizdən xəbərdardır. Qəlblərinizdə olanlar və ya əzalarınızla etdiyiniz əməllər Allaha gizli qalmaz.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
4
Söz sayı
25
Mədinə müshəfi (604 səhifə)
69
İndoPak müshəfi (610 səhifə)
69
Nəsx müshəfi (612 səhifə)
70
Ayə 3:153 hansı surədədir?

Ali-İmran surəsi (آل عمران). Surə 3 / 114 · 200 ayə.

Ayə 3:153 hansı cüzdədir?

Cüz: 4.

Ayə 3:153 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 69 · İndoPak müshəfi (610 səhifə): 69 · Nəsx müshəfi (612 səhifə): 70.

Ayə 3:153 neçə sözdən ibarətdir?

Söz sayı: 25.

Ayə 3:153 neçə ərəb hərfindən ibarətdir?

Ayə 3:153: 103 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 3:153 Quranda harada yerləşir?

Ayə 3:153 Quranın 6,236 ayəsindən 446 nömrəlisidir.

Ali-İmran surəsi neçə ayədir?

Ali-İmran surəsi 200 ayədən ibarətdir. Quranda 114 surədən 3 nömrəlisidir.

Ali-İmran surəsi Məkki, yoxsa Mədəni surədir?

Ali-İmran surəsi Mədəni kimi təsnif olunur.

Ayə 3:153 dinlənilə bilərmi?

Bəli. Ayə 3:153 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Ali-İmran surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 200 ayə və 3,481 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play