Məzmuna keç

Nisa surəsi 4:12 النساء

Bu, Nisa surəsinin 176 ayəsindən 12 nömrəli ayəsidir, Quranda 6236 ayədən 505 nömrəlidir, cüz 4. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 79.

۞ وَلَكُمۡ نِصۡفُ مَا تَرَكَ أَزۡوَٰجُكُمۡ إِن لَّمۡ يَكُن لَّهُنَّ وَلَدٞۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٞ فَلَكُمُ ٱلرُّبُعُ مِمَّا تَرَكۡنَۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِينَ بِهَآ أَوۡ دَيۡنٖۚ وَلَهُنَّ ٱلرُّبُعُ مِمَّا تَرَكۡتُمۡ إِن لَّمۡ يَكُن لَّكُمۡ وَلَدٞۚ فَإِن كَانَ لَكُمۡ وَلَدٞ فَلَهُنَّ ٱلثُّمُنُ مِمَّا تَرَكۡتُمۚ مِّنۢ بَعۡدِ وَصِيَّةٖ تُوصُونَ بِهَآ أَوۡ دَيۡنٖۗ وَإِن كَانَ رَجُلٞ يُورَثُ كَلَٰلَةً أَوِ ٱمۡرَأَةٞ وَلَهُۥٓ أَخٌ أَوۡ أُخۡتٞ فَلِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُۚ فَإِن كَانُوٓاْ أَكۡثَرَ مِن ذَٰلِكَ فَهُمۡ شُرَكَآءُ فِي ٱلثُّلُثِۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصَىٰ بِهَآ أَوۡ دَيۡنٍ غَيۡرَ مُضَآرّٖۚ وَصِيَّةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَلِيمٞ

Əgər (vəfat etmiş) zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Onların övladı olduğu təqdirdə isə qoyub getdiklərinin dörddə bir hissəsi sizə çatır. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizindir. Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdə bir hissəsi zövcələrinizə çatır. (Vəfat etmiş) kişinin və ya qadının atası, övladı olmadığı halda malı varislərə qalarsa (və eyni anadan) bir qardaşı yaxud bir bacısı varsa, bu halda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar (sayca) bundan artıq olsalar, (mirasın) üçdə birinə şərikdirlər. Bu bölgü, varislərə zərər yetirməmək şərti ilə, vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir buyruqdur. Allah (hər şeyi) biləndir, həlimdir.

4:12 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Nisa surəsi
0/176
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Nisa 4:12 0:00 0:00 Oxundu, davam et

Təfsir · 4:12

Al-Mukhtasar

Ey kişilər! Əgər vəfat etmiş zövcələrinizin oğlan və ya qız, sizdən və ya qeyrisindən olmasından aslı olmayaraq övladı yoxdursa, qoyub getdikləri malın yarısı sizindir. Onların oğlan və ya qız olmasından aslı olmayaraq övladı olduğu təqdirdə isə qoyub getdiklərinin dörddə bir hissəsi sizə çatır. Bu bölgü, onların vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra bölünməlidir. Ey kişilər! Əgər sizin -zövcələrinizdən, oğlan və ya qız, sizdən və ya qeyrisindən olmasından aslı olmayaraq - övladınız yoxdursa, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizindir. Övladınız - oğlan və ya qız olmasından aslı olmayaraq - olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdə bir hissəsi zövcələrinizə çatır. Bu bölgü, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra bölünməlidir. Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı olmadığı halda malı varislərə qalarsa və eyni anadan bir qardaşı yaxud bir bacısı varsa, onda eyni anadan bir qardaş və bacının hər birinə fərz olaraq mirasın altıda bir hissəsi düşür. Əgər eyni anadan olan qardaş və bacılar sayca bundan artıq olsalar, bu zaman onların hamısına, fərz olaraq mirasın üçdə biri düşür və onların kişi və qadın alması arasında heç bir fərq qoyulmadan onlar bu üçdə birinə şərikdirlər. Onlar bu bölgüdən olan miras paylarını, varislərə zərər yetirməmək üçün, vəsiyyəti malın üçdə birindən çox etməmək şərti ilə, vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra götürməlidirlər. Ayənin əhatə etdiyi bu hökm, Allah tərəfindən sizə vacib edilən bir buyruqdur. Allah qulları üçün dünya və axirətdə nəyin xeyirli olduğunu daha yaxşı biləndir, həlimdir günahkar insana əzab verməyə tələsməz.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
4
Söz sayı
88
Mədinə müshəfi (604 səhifə)
79
İndoPak müshəfi (610 səhifə)
79
Nəsx müshəfi (612 səhifə)
80
Ayə 4:12 hansı surədədir?

Nisa surəsi (النساء). Surə 4 / 114 · 176 ayə.

Ayə 4:12 hansı cüzdədir?

Cüz: 4.

Ayə 4:12 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 79 · İndoPak müshəfi (610 səhifə): 79 · Nəsx müshəfi (612 səhifə): 80.

Ayə 4:12 neçə sözdən ibarətdir?

Söz sayı: 88.

Ayə 4:12 neçə ərəb hərfindən ibarətdir?

Ayə 4:12: 296 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 4:12 Quranda harada yerləşir?

Ayə 4:12 Quranın 6,236 ayəsindən 505 nömrəlisidir.

Nisa surəsi neçə ayədir?

Nisa surəsi 176 ayədən ibarətdir. Quranda 114 surədən 4 nömrəlisidir.

Nisa surəsi Məkki, yoxsa Mədəni surədir?

Nisa surəsi Mədəni kimi təsnif olunur.

Ayə 4:12 dinlənilə bilərmi?

Bəli. Ayə 4:12 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Nisa surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 176 ayə və 3,747 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play