Məzmuna keç

Nisa surəsi 4:11 النساء

Bu, Nisa surəsinin 176 ayəsindən 11 nömrəli ayəsidir, Quranda 6236 ayədən 504 nömrəlidir, cüz 4. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 78.

يُوصِيكُمُ ٱللَّهُ فِيٓ أَوۡلَٰدِكُمۡۖ لِلذَّكَرِ مِثۡلُ حَظِّ ٱلۡأُنثَيَيۡنِۚ فَإِن كُنَّ نِسَآءٗ فَوۡقَ ٱثۡنَتَيۡنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَۖ وَإِن كَانَتۡ وَٰحِدَةٗ فَلَهَا ٱلنِّصۡفُۚ وَلِأَبَوَيۡهِ لِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٞۚ فَإِن لَّمۡ يَكُن لَّهُۥ وَلَدٞ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُۚ فَإِن كَانَ لَهُۥٓ إِخۡوَةٞ فَلِأُمِّهِ ٱلسُّدُسُۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِي بِهَآ أَوۡ دَيۡنٍۗ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ لَا تَدۡرُونَ أَيُّهُمۡ أَقۡرَبُ لَكُمۡ نَفۡعٗاۚ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا

Allah sizə övladlarınız haqqında, kişiyə iki qadının payı qədər pay verilməsini buyurur. Əgər qadınlar ikidən artıq sayda qadındırsa, (vəfat edənin) qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, (mirasın) yarısı ona çatır. (Ölənin) övladı olduğu təqdirdə, onun valideynlərindən hər birinə, qoyub getdiyi (malın) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına (mirasının) üçdə bir hissəsi düşür. Əgər (ölənin) qardaşları və (ya bacıları) varsa, onun anasına (mirasın) altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilməzsiniz. Bunlar Allah tərəfindən fərz buyrulmuş paylardır. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

4:11 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Nisa surəsi
0/176
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Nisa 4:11 0:00 0:00 Oxundu, davam et

Təfsir · 4:11

Al-Mukhtasar

Allah sizdən övladlarınızın miras payı barədə sizdən əhd alaraq əmr edir ki, miras onların arasında bir kişiyə iki qadının payı qədər pay verilərək bölünməlidir. Əgər ölən şəxsin oğlu yoxdursa və övladlar iki və ya ikidən artıq sayda qadındırsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Ölənin istər kişi istər qadın övladı olduğu təqdirdə, onun ata-anasının hər birinə, qoyub getdiyi malın altıda bir hissəsi çatır. Əgər onun istər kişi istər qadın övladı yoxdursa, varisi də ancaq ata-anasıdırsa, onun anasına mirasının üçdə bir hissəsi, mirasın qalan hissəsi isə atasına çatır. Əgər ölənin iki və ya daha çox, doğma və ya ögey qardaşları və ya bacıları varsa, onun anasına fərz olaraq mirasın altıda bir hissəsi, mirasın qalan bütün hissəsi isə atanın payına çatır. Bu zaman qardaşların mirasdan payı yoxdur. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır. Lakin bu vəsiyyətə, malın üçdə birinidən artıq olmaması şərti ilə əməl olunur. Valideynləri­nizdən və övladlarınızdan hansının dünya və axirətdə fayda baxımından sizə daha yaxın olduğunu bilmədiyiniz üçün uca Allah miras bölgüsünü bu qayda üzərində etmişdir. Bəzən ölən şəxs varislərdən bəzisinin ona daha yaxın olduğunu zənn edib, malının hamısını ona bağışlayır yaxud başqa bir varisinin ona uzaq olduğunu zənn edib, onu miras payından məhrum edir, amma hal-vəziyyət həqiqətdə isə tam əksinədir. Bunların hamısından xəbəri olan, Ona heç bir şeyi gizli qalmayan yalnız tək Allahdır. Elə məhz bu baxımdan da Allah mirası varislər arasında yuxarıda qeyd edildiyi qayda üzrə Özü bölmüş və bu bölgünü qullarına fərz buyurmuş. Həqiqətən, Allah hər şeyi biləndir, qullarının əməllərindən Ona heç bir şey gizli qalmaz, şəri hökmlərində və idarə etməsində hikmət sahibidir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
4
Söz sayı
71
Mədinə müshəfi (604 səhifə)
78
İndoPak müshəfi (610 səhifə)
79
Nəsx müshəfi (612 səhifə)
80
Ayə 4:11 hansı surədədir?

Nisa surəsi (النساء). Surə 4 / 114 · 176 ayə.

Ayə 4:11 hansı cüzdədir?

Cüz: 4.

Ayə 4:11 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 78 · İndoPak müshəfi (610 səhifə): 79 · Nəsx müshəfi (612 səhifə): 80.

Ayə 4:11 neçə sözdən ibarətdir?

Söz sayı: 71.

Ayə 4:11 neçə ərəb hərfindən ibarətdir?

Ayə 4:11: 269 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 4:11 Quranda harada yerləşir?

Ayə 4:11 Quranın 6,236 ayəsindən 504 nömrəlisidir.

Nisa surəsi neçə ayədir?

Nisa surəsi 176 ayədən ibarətdir. Quranda 114 surədən 4 nömrəlisidir.

Nisa surəsi Məkki, yoxsa Mədəni surədir?

Nisa surəsi Mədəni kimi təsnif olunur.

Ayə 4:11 dinlənilə bilərmi?

Bəli. Ayə 4:11 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Nisa surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 176 ayə və 3,747 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play