Nisa surəsi 4:77 النساء
Bu, Nisa surəsinin 176 ayəsindən 77 nömrəli ayəsidir, Quranda 6236 ayədən 570 nömrəlidir, cüz 5. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 90.
أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمۡ كُفُّوٓاْ أَيۡدِيَكُمۡ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ إِذَا فَرِيقٞ مِّنۡهُمۡ يَخۡشَوۡنَ ٱلنَّاسَ كَخَشۡيَةِ ٱللَّهِ أَوۡ أَشَدَّ خَشۡيَةٗۚ وَقَالُواْ رَبَّنَا لِمَ كَتَبۡتَ عَلَيۡنَا ٱلۡقِتَالَ لَوۡلَآ أَخَّرۡتَنَآ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖۗ قُلۡ مَتَٰعُ ٱلدُّنۡيَا قَلِيلٞ وَٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظۡلَمُونَ فَتِيلًا
Məgər sən, özlərinə: “(Döyüşdən) əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq fərz buyrulduqda, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi, hətta daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çəyirdəyindəki lif qədər belə haqsızlıq edilməz”.
4:77 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 4:77
Al-Mukhtasar
Ey Peyğəmbər! Məgər sən, özlərinə cihadın fərz edilməsini istəyən bəzi əshabını görmədinmi? Onlara: "Müharibədən əl çəkin, namaz qılın və zəkat verin - bu, cihad fərz edilməzdən əvvəl idi"– deyilmişdi. Elə ki, Mədinəyə hicrət etdilər, İslam qüvvətləndi və onlara döyüşmək fərz buyrulduqda, bu onlardan bəzilərinə ağır gəldi və onlar Allahdan qorxduqları kimi, hətta daha artıq qorxu ilə insanlardan qorxdular və: "Ey Rəbbimiz! Nə üçün döyüşməyi bizə fərz buyurdun? Nə olardı ki, dünyadan ləzzət almaq üçün bizə yaxın vaxtadək möhlət verəydin!"– dedilər. Ey Peyğəmbər! De: "Dünyanın ləzzəti nə qədər çox olsa da az və müvəqqətidir, Uca Allahdan qorxanlar üçün, nemətləri daimi olduğuna görə axirət daha xeyirlidir. Sizin xurma çəyirdəyindəki lif qədər belə saleh əməllərinizdən heç biri azaldılmaz".
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 5
- Söz sayı
- 48
- Mədinə müshəfi (604 səhifə)
- 90
- İndoPak müshəfi (610 səhifə)
- 90
- Nəsx müshəfi (612 səhifə)
- 91
Ayə 4:77 hansı surədədir?
Nisa surəsi (النساء). Surə 4 / 114 · 176 ayə.
Ayə 4:77 hansı cüzdədir?
Cüz: 5.
Ayə 4:77 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 90 · İndoPak müshəfi (610 səhifə): 90 · Nəsx müshəfi (612 səhifə): 91.
Ayə 4:77 neçə sözdən ibarətdir?
Söz sayı: 48.
Ayə 4:77 neçə ərəb hərfindən ibarətdir?
Ayə 4:77: 204 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 4:77 Quranda harada yerləşir?
Ayə 4:77 Quranın 6,236 ayəsindən 570 nömrəlisidir.
Nisa surəsi neçə ayədir?
Nisa surəsi 176 ayədən ibarətdir. Quranda 114 surədən 4 nömrəlisidir.
Nisa surəsi Məkki, yoxsa Mədəni surədir?
Nisa surəsi Mədəni kimi təsnif olunur.
Ayə 4:77 dinlənilə bilərmi?
Bəli. Ayə 4:77 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nisa surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 176 ayə və 3,747 söz, həmin mətndən yaradılır.