Muhəmməd surəsi 47:4 محمد
Bu, Muhəmməd surəsinin 38 ayəsindən 4 nömrəli ayəsidir, Quranda 6236 ayədən 4549 nömrəlidir, cüz 26. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 507.
فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ فَضَرۡبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثۡخَنتُمُوهُمۡ فَشُدُّواْ ٱلۡوَثَاقَ فَإِمَّا مَنَّۢا بَعۡدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلۡحَرۡبُ أَوۡزَارَهَاۚ ذَٰلِكَۖ وَلَوۡ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنۡهُمۡ وَلَٰكِن لِّيَبۡلُوَاْ بَعۡضَكُم بِبَعۡضٖۗ وَٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعۡمَٰلَهُمۡ
(Ey möminlər!) Kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları məğlub etdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Müharibə bitdikdə isə onları ya fidyəsiz, ya da fidyə alıb azad edin. Bu (Allahın hökmüdür). Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Onun yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.
47:4 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 47:4
Al-Mukhtasar
Ey möminlər! Sizə qarşı vuruşan kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman qılınclarınızla onların boynunu vurun. Onları qırıb-çatanadək və onların müqavimətini sındıranadək onlarla vuruşun. Elə ki onları qırıb-çatdınız, əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Onları əsir götürdükdə, öz məsləhətinizə görə siz ixtiyar sahibisiniz, ya rəhm edib onlardan fidyə almadan, ya da mallarından və sairədən fidyə götürərək onları azad edə bilərsiniz. Kafirlər İslamı qəbul edənədək və ya əhd bağlayanadək onlarla vuruşun və onlardan əsirlər götürün. Möminlərin kafirlər vasitəsilə imtahan edilməsinin xatırlanması və günlərin dəyişgən olması - bəzən bunların onlara, bəzəndə onların bunlara qalib gəlməsi Allahın hikmətindəndir. Hərçənd Allah istəsəydi, kafirlərə qalib gəlmək üçün onlardan döyüşsüz intiqam alardı, lakin O, sizi bir-birinizlə imtahana çəkmək, möminlər arasında kimlərin vuruşduğunu, kimlərin də döyüşdən yayındığını ayırd etmək və bir də kafiri möminlə sınamaq üçün cihadı əmr etdi. Belə ki, əgər mömin kimsə öldürülsə, Cənnətə daxil olar, yox əgər mömin kafiri oldürərsə, kafir Cəhənnəmlik olar. Allah yolunda öldürülənlərin isə əməllərini Allah heç vaxt puç etməz.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 26
- Söz sayı
- 38
- Mədinə müshəfi (604 səhifə)
- 507
- İndoPak müshəfi (610 səhifə)
- 507
- Nəsx müshəfi (612 səhifə)
- 508
Ayə 47:4 hansı surədədir?
Muhəmməd surəsi (محمد). Surə 47 / 114 · 38 ayə.
Ayə 47:4 hansı cüzdədir?
Cüz: 26.
Ayə 47:4 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 507 · İndoPak müshəfi (610 səhifə): 507 · Nəsx müshəfi (612 səhifə): 508.
Ayə 47:4 neçə sözdən ibarətdir?
Söz sayı: 38.
Ayə 47:4 neçə ərəb hərfindən ibarətdir?
Ayə 47:4: 167 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 47:4 Quranda harada yerləşir?
Ayə 47:4 Quranın 6,236 ayəsindən 4,549 nömrəlisidir.
Muhəmməd surəsi neçə ayədir?
Muhəmməd surəsi 38 ayədən ibarətdir. Quranda 114 surədən 47 nömrəlisidir.
Muhəmməd surəsi Məkki, yoxsa Mədəni surədir?
Muhəmməd surəsi Mədəni kimi təsnif olunur.
Ayə 47:4 dinlənilə bilərmi?
Bəli. Ayə 47:4 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Muhəmməd surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 38 ayə və 539 söz, həmin mətndən yaradılır.