Əhzab surəsi 33:37 الأحزاب
Bu, Əhzab surəsinin 73 ayəsindən 37 nömrəli ayəsidir, Quranda 6236 ayədən 3570 nömrəlidir, cüz 22. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 423.
وَإِذۡ تَقُولُ لِلَّذِيٓ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِ وَأَنۡعَمۡتَ عَلَيۡهِ أَمۡسِكۡ عَلَيۡكَ زَوۡجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخۡفِي فِي نَفۡسِكَ مَا ٱللَّهُ مُبۡدِيهِ وَتَخۡشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَىٰهُۖ فَلَمَّا قَضَىٰ زَيۡدٞ مِّنۡهَا وَطَرٗا زَوَّجۡنَٰكَهَا لِكَيۡ لَا يَكُونَ عَلَى ٱلۡمُؤۡمِنِينَ حَرَجٞ فِيٓ أَزۡوَٰجِ أَدۡعِيَآئِهِمۡ إِذَا قَضَوۡاْ مِنۡهُنَّ وَطَرٗاۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولٗا
Bir zaman Allahın (İslama yönəldərək) nemət verdiyi və sənin də (köləlikdən azad edərək) nemət verdiyin (Zeydə): “Zövcəni öz yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi (Zeyd zövcəsini boşayacağı təqdirdə onla evlənəcəyini) ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları zövcələrini boşadıqları zaman (o qadınlarla evlənməkdə) möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcək.
33:37 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 33:37
Al-Mukhtasar
Ey Peyğəmbər, bir zaman Allahın İslam neməti bəxş etdiyi və sənin azad etdiyin Zeyd ibn Harisə (radiyallahu anhumə) sənin yanına gəlib zövcəsi Zeynəb bint Cəhşi boşamaq xüsusunda səninlə məşvərət etdikdə, sən ona: “Zövcəni öz yanında saxla, onu boşama və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorx!”– demişdin. Ey Peyğəmbər, Allahın sənə vəhy etdiyi - sənə Zeynəblə evlənməyi buyurduğunu ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Allah Zeydin onu boşayacağını, sonra da, sənin onunla evlənəcəyini aşkara çıxaracaq. Əslində, bu işdə qorxmalı olduğun məhz Allahdır. Zeydin nəfsi zövcəsini istəmədikdə və artıq onu boşadıqda, Biz səni Zeynəblə evləndirdik ki, oğulluqları övrətlərini boşadıqdan və onların gözləmə müddəti başa çatdıqdan sonra o qadınlarla evlənməkdə möminlərə heç bir günah olmasın. Allahın əmri mütləq yerinə yetəcək. Heç bir şey ona mane olmaz və onun qarşısı alınmaz.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 22
- Söz sayı
- 48
- Mədinə müshəfi (604 səhifə)
- 423
- İndoPak müshəfi (610 səhifə)
- 423
- Nəsx müshəfi (612 səhifə)
- 424
Ayə 33:37 hansı surədədir?
Əhzab surəsi (الأحزاب). Surə 33 / 114 · 73 ayə.
Ayə 33:37 hansı cüzdədir?
Cüz: 22.
Ayə 33:37 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 423 · İndoPak müshəfi (610 səhifə): 423 · Nəsx müshəfi (612 səhifə): 424.
Ayə 33:37 neçə sözdən ibarətdir?
Söz sayı: 48.
Ayə 33:37 neçə ərəb hərfindən ibarətdir?
Ayə 33:37: 194 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 33:37 Quranda harada yerləşir?
Ayə 33:37 Quranın 6,236 ayəsindən 3,570 nömrəlisidir.
Əhzab surəsi neçə ayədir?
Əhzab surəsi 73 ayədən ibarətdir. Quranda 114 surədən 33 nömrəlisidir.
Əhzab surəsi Məkki, yoxsa Mədəni surədir?
Əhzab surəsi Mədəni kimi təsnif olunur.
Ayə 33:37 dinlənilə bilərmi?
Bəli. Ayə 33:37 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Əhzab surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 73 ayə və 1,287 söz, həmin mətndən yaradılır.