Məzmuna keç

Ənfal surəsi 8:42 الأنفال

Bu, Ənfal surəsinin 75 ayəsindən 42 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1202 nömrəlidir, cüz 10. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 182.

إِذۡ أَنتُم بِٱلۡعُدۡوَةِ ٱلدُّنۡيَا وَهُم بِٱلۡعُدۡوَةِ ٱلۡقُصۡوَىٰ وَٱلرَّكۡبُ أَسۡفَلَ مِنكُمۡۚ وَلَوۡ تَوَاعَدتُّمۡ لَٱخۡتَلَفۡتُمۡ فِي ٱلۡمِيعَٰدِ وَلَٰكِن لِّيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗا لِّيَهۡلِكَ مَنۡ هَلَكَ عَنۢ بَيِّنَةٖ وَيَحۡيَىٰ مَنۡ حَيَّ عَنۢ بَيِّنَةٖۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ

O zaman siz vadinin (Mədinəyə) yaxın tərəfində, onlar uzaq tərəfində, (Əbu Süfyanın) karvan isə sizdən aşağıda (dənizin sahilində) idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt və yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) həyata keçirmək üçün belə etdi ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.

8:42 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Ənfal surəsi
0/75
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Ənfal 8:42 0:00 0:00 Oxundu, davam et

Təfsir · 8:42

Al-Mukhtasar

Yadınıza salın ki, O zaman siz vadinin Mədinəyə yaxın tərəfində, müşriklər vadinin uzaq, yəni, Məkkəyə yaxın tərəfində, karvan isə sizdən aşağıda Qırmızı dənizin sahilinə yaxın bir yerdə idi. Əgər siz və müşriklər Bədrdə qarşı-qarşıya gəlmək üçün vədələşmək istəsəydiniz bir-birinizlə ixtilaf edərdiz. Lakin bütün nöqsanlardan münəzzəh olan Allah sizi aranızda əvvəlcədən vədələşmə olmadan Bədrdə cəm etdi ki, olacaq işi, yəni, möminlərə zəfər nəsib edərək kafirləri zəlil etməyi, dinini izzətli, şirki isə alçaq tutmağı həyata keçirsin. Müşriklərdən həlak olan, möminlərin özlərindən sayca və döyüş hazırlığı baxımından qat-qat az olduğunu açıq-aydın bildikdən sonra həlak olsun, onlardan sağ qalanları da Allahın möminlərə yardım etdiyinə açıq-aydın bir dəlillə sağ qalsın ki, kiminsə Allah yanında bəhanəsi olmasın. Allah hər bir deyilən sözü eşidəndir, hər bir edilən əməli biləndir. Ona heç bir şey gizli qalmaz və O, qulların etdikləri əməllərin müqabilini verəcəkdir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
10
Söz sayı
35
Mədinə müshəfi (604 səhifə)
182
İndoPak müshəfi (610 səhifə)
182
Nəsx müshəfi (612 səhifə)
183
Ayə 8:42 hansı surədədir?

Ənfal surəsi (الأنفال). Surə 8 / 114 · 75 ayə.

Ayə 8:42 hansı cüzdədir?

Cüz: 10.

Ayə 8:42 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 182 · İndoPak müshəfi (610 səhifə): 182 · Nəsx müshəfi (612 səhifə): 183.

Ayə 8:42 neçə sözdən ibarətdir?

Söz sayı: 35.

Ayə 8:42 neçə ərəb hərfindən ibarətdir?

Ayə 8:42: 148 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 8:42 Quranda harada yerləşir?

Ayə 8:42 Quranın 6,236 ayəsindən 1,202 nömrəlisidir.

Ənfal surəsi neçə ayədir?

Ənfal surəsi 75 ayədən ibarətdir. Quranda 114 surədən 8 nömrəlisidir.

Ənfal surəsi Məkki, yoxsa Mədəni surədir?

Ənfal surəsi Mədəni kimi təsnif olunur.

Ayə 8:42 dinlənilə bilərmi?

Bəli. Ayə 8:42 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Ənfal surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 75 ayə və 1,233 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play