Məzmuna keç

Bəqərə surəsi 2:282 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 282 nömrəli ayəsidir, Quranda 6236 ayədən 289 nömrəlidir, cüz 3. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 48.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا تَدَايَنتُم بِدَيۡنٍ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى فَٱكۡتُبُوهُۚ وَلۡيَكۡتُب بَّيۡنَكُمۡ كَاتِبُۢ بِٱلۡعَدۡلِۚ وَلَا يَأۡبَ كَاتِبٌ أَن يَكۡتُبَ كَمَا عَلَّمَهُ ٱللَّهُۚ فَلۡيَكۡتُبۡ وَلۡيُمۡلِلِ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ وَلۡيَتَّقِ ٱللَّهَ رَبَّهُۥ وَلَا يَبۡخَسۡ مِنۡهُ شَيۡـٔٗاۚ فَإِن كَانَ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ سَفِيهًا أَوۡ ضَعِيفًا أَوۡ لَا يَسۡتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلۡيُمۡلِلۡ وَلِيُّهُۥ بِٱلۡعَدۡلِۚ وَٱسۡتَشۡهِدُواْ شَهِيدَيۡنِ مِن رِّجَالِكُمۡۖ فَإِن لَّمۡ يَكُونَا رَجُلَيۡنِ فَرَجُلٞ وَٱمۡرَأَتَانِ مِمَّن تَرۡضَوۡنَ مِنَ ٱلشُّهَدَآءِ أَن تَضِلَّ إِحۡدَىٰهُمَا فَتُذَكِّرَ إِحۡدَىٰهُمَا ٱلۡأُخۡرَىٰۚ وَلَا يَأۡبَ ٱلشُّهَدَآءُ إِذَا مَا دُعُواْۚ وَلَا تَسۡـَٔمُوٓاْ أَن تَكۡتُبُوهُ صَغِيرًا أَوۡ كَبِيرًا إِلَىٰٓ أَجَلِهِۦۚ ذَٰلِكُمۡ أَقۡسَطُ عِندَ ٱللَّهِ وَأَقۡوَمُ لِلشَّهَٰدَةِ وَأَدۡنَىٰٓ أَلَّا تَرۡتَابُوٓاْ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً حَاضِرَةٗ تُدِيرُونَهَا بَيۡنَكُمۡ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَلَّا تَكۡتُبُوهَاۗ وَأَشۡهِدُوٓاْ إِذَا تَبَايَعۡتُمۡۚ وَلَا يُضَآرَّ كَاتِبٞ وَلَا شَهِيدٞۚ وَإِن تَفۡعَلُواْ فَإِنَّهُۥ فُسُوقُۢ بِكُمۡۗ وَٱتَّقُواْ ٱللَّهَۖ وَيُعَلِّمُكُمُ ٱللَّهُۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ

Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə, onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın. Qoy o yazsın, boynunda borc olan adam da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç bir şey əskiltməsin. Əgər boynunda borc olan kimsə səfehdirsə, yaxud (ağıldan) zəifdirsə və ya özü yazdırmağa qadir deyilsə, qoy onun himayədarı (borcu) ədalətlə yazdırsın. Aranızdakı kişilərdən də iki nəfəri şahid tutun. Əgər iki kişi tapılmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda, boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, onu (qaytarılma) vaxtı ilə (bərabər) yazmaqdan usanmayın. Belə etməyiniz, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alış-veriş etdikdə şahid tutun. Lakin katibə və şahidə zərər verilməsin. Əgər (zərər) versəniz, şübhəsiz ki, bu, sizin üçün bir fasiqlikdir. Allahdan qorxun! Allah sizi öyrədir. Allah hər şeyi biləndir.

2:282 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:282 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:282

Al-Mukhtasar

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Borcla müamilə etdiyiniz zaman, müəyyən bir müddətədək bir-birinizə borc verdikdə, onu yazın. Qoy bunu aranızda bir katib haqq, vicdan və şəriətə müvafiq qayda da yazsın. Katib borcu Allahın ona öyrətdiyinə müvafiq və ədalətlə yazmaqdan imtina etməsin. Qoy o, borc alan adamın şəxsi təsdiqi ilə olması üçün onun dediyini yazsın. Rəbbi olan Allahdan qorxsun və borcun dəyərindən, növündən və keyfiyyətindən heç bir şey azaltmasın. Əgər borc alan adam özü yaza bilmirsə və ya dəli və kiçik olduğu üçün zəifdirsə yaxud lal olduğuna görə yazdırmağa qadir deyilsə, və s. buna oxşar hallar olarsa, qoy onun himayədarı onun yerinə borcu ədalət və vicdanla yazdırsın. Aranızdakı kişilərdən iki nəfər ağıllı və ədalətli şahid tutun. Əgər iki kişi olmazsa, dinindən və əxlaqından razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, əgər qadınlardan biri unutduqda, bacısı onun yadına salsın. Şahidlər borca görə şahidlik etməyə çağırıldıqda, şahid olmaqdan imtina etməsinlər. Şahid olduqları işi əda etmək üçün dəvət olunsalar, bu zaman şahid olduqlarını gəlib xəbər vermələri onlar üzərində bir haqqdır. Borcun az və ya çox olmasından aslı olmayaraq, onun müəyyən etdiyiniz qaytarılma vaxtını yazmaqdan bezməyin. Borcu yazmağınız, Allahın şəriətində daha ədalətli, şahidlik etmək və etdikdən sonra olduğu kimi xəbər vermək üçün daha düzgündür və borcun növündə, miqdarında və qaytarma müddətində şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız öz aranızda nağd alıb və qiymətini də nağd ödədiyiniz ticarət bundan istisnadır. Ehtiyac olmadığı təqdirdə bunu yazmamağınız isə sizin üçün günah deyildir. Mübahisəyə səbəb ola biləcək işlərin qarşısını almaq məqsədi ilə alış-veriş et­dikdə şahid tutmaq sizə qanun edilmişdir. Katiblərə və şahidlərə zərər vermək və həmçinin onlardan katiblik və şahidlik etmələrini tələb edən kimsələrə zərər vermək caiz deyildir. Əgər siz onlara zərər versəniz, şübhəsiz ki, bu sizin, Allahın itaətindən çıxıb Ona qarşı asilik etmənizdir. Ey Möminlər! Allahın əmrlərini yerinə yetirməklə və qadağanlarından çəkinməklə Ondan qorxun! Allah dünya və axirətdə sizə mənfətli olan şeyləri öyrədir. Allah bütün işləri biləndir və Ona heç bir şey gizli qalmaz!

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
3
Söz sayı
128
Mədinə müshəfi (604 səhifə)
48
İndoPak müshəfi (610 səhifə)
48
Nəsx müshəfi (612 səhifə)
49
Ayə 2:282 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:282 hansı cüzdədir?

Cüz: 3.

Ayə 2:282 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 48 · İndoPak müshəfi (610 səhifə): 48 · Nəsx müshəfi (612 səhifə): 49.

Ayə 2:282 neçə sözdən ibarətdir?

Söz sayı: 128.

Ayə 2:282 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:282: 549 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:282 Quranda harada yerləşir?

Ayə 2:282 Quranın 6,236 ayəsindən 289 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:282 dinlənilə bilərmi?

Bəli. Ayə 2:282 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play